Vəkil: Mirfeyzullah Seyidovun səhhəti çox ağırdır Vəkil: Mirfeyzullah Seyidovun səhhəti çox ağırdır

Vəkil: Mirfeyzullah Seyidovun səhhəti çox ağırdır
Загрузка...
 "Həm mətbuat vasitəsi ilə, həm də yazılı olaraq baş prokuror Zakir Qaralova müraciət edərək Mirfeyzullah Seyidovun səhhəti ilə əlaqədar həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı təqdimat verilməsi məsələsinə baxılmasını xahiş edirəm”. Bu barədə vəkil Cavad Cavadovun baş prokuror Zakir Qaralova müraciətində deyilir. Mirfeyzullah Seyidov Mirfeyzullah Seyidov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidov mayın 9-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (küllü miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb. 

Mayın 10-da Nərimanov Rayon Məhkəməsi Seyidov barəsində həbs qətimkan tədbiri seçib. Vəkil Cavadov mayın 15-də təcridxanada Mirfeyzullah Seyidovla görüşüb. "Təcridxanada görüşüm zamanı gördüm ki, onun sağlamlıq durumu həqiqətən çox ağırdır.
Əldə etdiyim tibbi sənədlərə əsasən o xroniki böyrək xəstəsi-1-ci qrup əlil olmaqla, həftədə üç dəfə əvəzedici böyrək müaciləsi-hemodializ alır. Bundan başqa şəkərli diabet, diabetik nefropatiya, hipertoniya, anemiya xəsətiklərindən əziyyət çəkir. Bir il əvvəl ürək əməliyyatı edilərək ürəyinə iki ədəd stend qoyulub. Bakı İstintaq Təcridxanasında onun dializ proseduruna aparılması təmin olunur. 

Bununla yanaşı onun xüsusi qidalanmaya və daimi həkim nəzarətində dərmanların qəbuluna ehtiyacı olduğundan ən azından Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac vardır”, vəkil Amerikanın Səsinə bildirib.
Cavad Cavadov Seyidovun xəstəlikləri ilə bağlı sənədləri də baş prokurora müraciətinə əlavə edib. "Bütün bu deyilələnlər həkim sənədləri ilə təsdiq olunur və hüquqlarını müdafiə etdiyim şəxsin tələbi ilə onun səhhətinin ağır durumu səbəbindən onları ictimailəşdirirəm”, vəkil qeyd edib.
Загрузка...
Загрузка...

Xəbər lenti