Türkiyədə azərbaycanlı qadın döyülərək öldürüldü - FOTO

Türkiyədə azərbaycanlı qadın döyülərək öldürüldü - FOTO
Загрузка...
Türkiyənin cənub-qərbində olan Dənizli vilayətinin Pamukkale rayonunda yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb. APA-nın verdiyi xəbərə görə, bu gün səhər 33 yaşlı Türkay İsayevanın qonşuları mənzildə meyit olması barədə polisə müraciət ediblər.
İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilir. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib. Polis əməkdaşları binadakı təhlükəsizlik kamerasının görüntülərinə baxıb.
Binanın sakinləri meyitin tapıldığı mənzildə çox vaxt dava-dalaş olduğunu, orada gecə klubvlarında işləyən qadınların yaşadığını deyiblər. Hazırda cinayətin kim tərəfindən törədildiyi və həmin şəxsin saxlanılması istiqamətində iş başladılıb. 

Загрузка...
Загрузка...

Xəbər lenti