Загрузка...

Telefon qovşağından oğurluq edilib

Telefon qovşağından oğurluq edilib
Загрузка...
Bu il yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Criminal.az saytına verilən məlumata görə, faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.
Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti