"Tələbəmizin boynu kəsilməyib "

Загрузка...
 KİV-lərdə Azərbaycan Texniki Universitetinin tələbəsi kimi təqdim olunan Əsədov Xalid Şücaət oğlunun bizim universitetlə heç bir əlaqəsi yoxdur. Bu barədə Femida.az-a açıqlamasında Universitetin Mətbuat Xidmətinin rəhbəri Nicat Abdullayev bildirib.
"Həmin şəxs bizim tələbəmiz olmadığı kimi, idman klubumuzun üzvü də deyil. Bundan əlavə, yaralanma hadisəsinin AzTU-nun idman sarayında baş verməsi iddiası da əsasızdır. Bizim İdman Sarayımızda belə bir hadisə baş verməyib.Bütün hallarda yaralanan gəncə tez sağalmasını arzu edirik”,cdeyə mətbuat xidmətinin rəhbəri bildirib.
Xatırladaq ki, mətbuatda universitetin idman zalında tələbənin boyun nahiyəsindən kəsilmiş xəsarətlər alması barədə məlumat yayılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti