Tanınmış vəkil Rəhim Qazıyevin həbsini qanunsuz hesab edir

Tanınmış vəkil Rəhim Qazıyevin həbsini qanunsuz hesab edir
Загрузка...

Rəhim Qazıyev barəsində 10 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunub. R.Qazıyev 1943-ci ildə anadan olub, yəni 74 yaşı var. Vəkil Əsəbəli Mustafayevin fikrincə, İnzibati Xətalar Məcəlləsinin 30.2. maddəsinə görə bir sıra şəxslərə, o cümlədən 65 yaşına çatmış kişilərə bu cəza növü tətbiq oluna bilməz.

“Mənim praktikamda anoloji işlər olub. Qanun 2-ci qrup əlilə inzibati həbs tətbirinin tətbiqini qadağan etdiyi halda, mənim praktikamda 3 dəfə bu faktlar olub. Düzdür, sonuncu dəfə apellyasiya instansiyasında bu cəzanın ləğvinə nail olduq. Əvvəlki 2 dəfədə cəza sona qədər çəkildi və Hökümət buna görə Avropa Məhkəməsinin qərarı ilə kompensasiya ödəyir.”

Azadliq.info

Загрузка...
Загрузка...

Xəbər lenti