Taleh Bağırzadəyə qarşı yeni ittiham irəli sürülüb

Taleh Bağırzadəyə qarşı yeni ittiham irəli sürülüb
Загрузка...

''O, ifadə verməkdən imtina edib''

Taleh Bağırzadəyə qarşı rəsmi ittiham elan edilib.

Bu barədə Meydan.TV-yə onun vəkili Cavad Cavadlı məlumat verib.

Vəkil bildirib ki, Qobustan həbsxanasında Taleh Bağırzadə ilə görüşüb. 

C.Cavadlının sözlərinə görə, Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi tərəfindən onun iştirakı ilə T.Bağırzadəyə Cinayət Məcəlləsinin cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi  maddəsi (317-2.1) ilə ittiham elan edildi. 

Vəkil deyib ki, ittihama əsasən onun üzərindən 31 iyul 2017-ci il tarixdə yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda Qurani Kərim, Quran təsviri və başqa məlumatların olmasını göstərib. 

“Həmin kartlarlarda qadağan olunmuş hər hansı məlumatlar olmayıb. Taleh Bağırov özünü təqsirli bilməyib, ifadə verməkdən imtina edib. O, ifadəni məhkəmədə verəcəyini bildirib. Cinayət işinin istintaqı tamamlanıb və iş materialları ilə tanışlıq mərhələsidir”.

Cinayət Məcəlləsinin adıçəkilən maddəsi altı aya qədər azadlıqdan məhrum etmə nəzərdə tutur.  

İlahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş polis əməliyyatı nəticəsində həbs olunub. Daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını deyən ilahiyyatçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

Taleh Bağırzadə ona verilən ittihamları rədd edir, əməliyyat zamanı ölmüş altı nəfərin, o cümlədən iki polisin elə əməliyyatı keçirənlərin özləri tərəfindən qətlə yetirildiyini, saxlanılan dindarların heç birində silah olmadığını, namaz qıldıqları yerdə polislərin hücumuna məruz qaldıqlarını bildirir.

Загрузка...
Загрузка...

Xəbər lenti