Загрузка...

Taleh Bağırzadə: Qobustan həbsxanasında döyülmüşəm

Taleh Bağırzadə: Qobustan həbsxanasında döyülmüşəm
Загрузка...

"Adil adlı şəxs tərəfindən fiziki zorakılığa məruz qaldım"

“Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırzadə saxlanıldığı həbsxanada döyülüb.

Bu haqda ilahiyyatçının ailə üzvləri məlumat verib.

Yaxınlarının sözlərinə görə, T.Bağırzadə telefonla danışarkən başına gələnlər haqda söyləyib. T.Bağırzadə bildirib ki, onu həbsxananın əməkdaşları döyüb:

“Hakimiyyət məni yenidən şərləyərək, haqqımda daha bir qondarma cinayət işi açandan sonra da sakitləşmir. Saxlandığım Qobustan həbsxanasında sifariş əsasında, məni təxribata çəkmək məqsədi ilə keçmiş əməliyyatçı, hazırda isə orada mülki işçi kimi fəaliyyət göstərən Adil adlı şəxs tərəfindən fiziki zorakılığa məruz qaldım. Bütün xalq bilsin ki, Qobustan həbsxanasında başıma gələcək istənilən hadisənin birbaşa məsuliyyətini İlham Əliyev daşıyır. Onu da deyim ki, bizi bu haqlı mübarizəmizdən nəinki fiziki zorakılıqlarla, hətta dar ağacından assalar belə, yenə də döndərə bilməzlər. Allah bizim yardımçımızdır”.

Penitensiar Xidmətdən bununla bağlı münasibət öyrənmək mümkün olmayıb.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunub. Ölkənin konstitusion quruluşunu dəyişməyə, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama, qəsdən adam öldürmə kimi ağır maddələrlə suçlanan ilahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Bu yaxınlarda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə ilahiyyatçı CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham olunur. Bu işin istintaqı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində aparılıb.

İttihama görə, T.Bağırzadə Qobustan həbsxanasına gətirilərkən yoxlama zamanı üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Amma ekspertiza həmin kartlarda Qurani Kərim, Quran təsviri və başqa məlumatların olması haqda rəy verib.

T.Bağırzadə nə əvvəlki, nə də son ittiham üzrə özünü təqsirli bilmir. Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti, o cümlədən T.Bağırzadə məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını, ittihamların yalan olduğunu söyləyiblər.

Загрузка...
Загрузка...

Xəbər lenti