Загрузка...

Suraxanıda 80 yaşlı qadın intihar etdi

Suraxanıda 80 yaşlı qadın intihar etdi
Загрузка...
Suraxanıda 80 yaşlı qadın intihar etdi.  Hadisə ötən gün Hövsan qəsəbəsində qeydə alınıb. "Ölkə.Az”-ın məlumatına görə, 1938-ci il təvəllüdlü Güləhmədzadə Tamara Novruz qızı yaşadığı mənzildə özünü asıb.
80 yaşlı qadın intihar edən zaman evdə heç kim olmayıb. Meyiti mərhumun yaxınları aşkar edib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə aparılıb. Müayinələr zamanı məlum olub ki, yaşlı qadın ağır xəstəlikdən əziyyət çəkib. Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci ( ölüm hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Загрузка...
Загрузка...

Xəbər lenti