SON DƏQİQƏ! Zülfüqarlı qardaşlarının zavodlarına hucum başladı SON DƏQİQƏ! Zülfüqarlı qardaşlarının zavodlarına hucum başladı SON DƏQİQƏ! Zülfüqarlı qardaşlarının zavodlarına hucum başladı

SON DƏQİQƏ! Zülfüqarlı qardaşlarının zavodlarına hucum başladı
Загрузка...
"Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov Zülfüqarlı qardaşlarının zavodlarına basqın edəcəyi ilə bağlı xəbər gerçəkləşdi. Bu gün səhər saatlarından zavodun qarşısına yanğınsöndürənlər və idmançı görkəmli mülki şəxslər toplanıb. Zavodun işçilərinin Criminal.az saytına verdiyi məlumata görə, onların ardınca polis əməkdaşları və məhkəmə icraçıları əraziyə gəlib. 
Zülfüqarşı qardaşları baş verəcək hücumla bağlı ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya da müraciət etmişdi. Həmin müraciətdən sitat:
''"Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov və onun havadarları tərəfindən "Bakı Poladtökmə” ASC, "Bakı Elektroştamp” ASC, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında yerləşən, şəxsi mülkiyyətimiz olan əmlak kompleksi, həmin kompleksin yanında yerləşən, Elnur Zülfüqarlıya məxsus qranit kəsmə sexi qarşılığında heç bir ödəniş edilmədən, zorla əlimizdən alınaraq qəsb ediləndən sonra ölkəni tərk etmişək məcburiyyətində qaldıq. Ölkəmizə qayıtdıqdan sonra biz külli miqdarda investisiya yatıraraq, müasir tələblərə cavab verən yeni istehsal sahəsi yaratdıq. Bunun da nəticəsində artıq 300 nəfərdən yuxarı yeni iş yerləri açmışıq.
Çox təəssüf ki, bizim bu uğurlarımızı qısqanclıqla qarşılayan Rasim Məmmədov yenidən öz havadarlarının köməyinə arxalanaraq, bizim üstümüzə daha aqressiv şəkildə gəlməyə və bizə qarşı çox böyük təzyiqlər etməyə başlayıb. Bizə qarşı saxta iddialar qaldırtdıraraq, məhkəmələrə təzyiq etdirməklə əleyhimizə qeyri-qanuni qərarlar çıxartdırıb. Bu yolla tərəfimizdən quraşdırılmış və bizə məxsus olan istehsal xəttini zorla əlimizdən almağa çalışır. Həmin xətt bizim yeni qurduğumuz istehsal sahəsinin əsasını təşkil etdiyindən, Rasim Məmmədov həmin xətti bizim əlimizdən zorla almaqla yeni qurduğumuz və uğurla fəaliyyət göstərməkdə olan yeni istehsal sahəsini iflic vəziyyətinə salaraq, fəaliyyətini dayandırmaq istəyir. Artıq Rasim Məmmədovun təzyiqləri nəticəsində Bakı şəhəri, Nizami Rayon İcra və Probasiya Şöbəsindən bizə rəsmi qaydada xəbərdar ediblər ki, 11 may 2018-ci il tarixində qeyd edilən xətt məcburi qaydada sökülərək aparılacaqdır. Əgər müəssisəmiz Rasim Məmmədov tərəfindən məqsədyönlü şəkildə iflic vəziyyətinə salınarsa, bizim "Paşa Bank” ASC qarşısında kredit ödənişləri ilə bağlı götürdüyümüz müqavilə öhdəliklərinə əməl etməyimiz demək olar ki, mümkünsüz vəziyyətə gələcəkdi''r.












Загрузка...
Загрузка...

Xəbər lenti