Seyfdən 50 min dollarlıq oğurluq edənlərin GÖRÜNTÜLƏRİ Seyfdən 50 min dollarlıq oğurluq edənlərin GÖRÜNTÜLƏRİ Seyfdən 50 min dollarlıq oğurluq edənlərin GÖRÜNTÜLƏRİ

Seyfdən 50 min dollarlıq oğurluq edənlərin GÖRÜNTÜLƏRİ
Загрузка...
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb. ARB TV xəbər verir ki, araşdırmalarla onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib. Ətraflarında aparılan tədbirlərlə həmin şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. 
Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32000 ABŞ dolları və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.
Görülmüş tədbirlərlə Cabbarov da saxlanılıb. 10000 ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.  



Загрузка...
Загрузка...

Xəbər lenti