“Sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun...” - Şeyx

“Sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun...” - Şeyx
Загрузка...
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə son zamanlar mediada adının biznes və digər mənfi xarakterli məsələlərdə hallanmasına münasibət bildirib. Gununsesi.info xəbər verir ki, QMİ sədri 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə çıxış edərkən bu barədə danışıb.
Onun sözlərinə görə, son zamanlar ölkə daxili ilə yanaşı xaricdən də ona qarşı kampaniya aparılır:
Buna da bax - Şeyximizin Avropadakı milyonluq mülkü... Ora Hollivud ulduzları gəlir - VİDEO
"Birincisi, mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır. Mənim ölkə başçısı ilə də söhbətlərim olub. Bunu gizlətmirəm. Heyrətimi də gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz?”. 
Paşazadə deyib ki, bu kampaniya həm də ölkə rəhbərinə qarşı aparılır: "Xaricdən həm prezidentimizə, həm də mənə – şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri "prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür”, – deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm, 150 hektar ərazim var. Yalandır. O qutularla mənim nə işim var?”.
Xatırladaq ki, şeyx barədə həmin iddiaları prezidentliytə namizəd Sərdar Cəlaloğlu İTV-dəki debatda səsələndirib.
Загрузка...
Загрузка...

Xəbər lenti