Şəhid qızını maşınla vurub öldürən biznes oğluna hökm oxundu

Şəhid qızını maşınla vurub öldürən biznes oğluna hökm oxundu
Загрузка...
 "Hadisə yerindən qaçmağım barədə ittiham yalandır”
"Xırdalan Xəz" ASC-nin rəhbəri, keçmiş deputatlığa namizəd Akif Rəhimovun oğlu, piyadanın ölümünə görə həbs olunan 18 yaşlı Rəhim Rəhimovun məhkəməsi başa çatıb. Mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, R.Rəhimov CM-nin 263-1.3 maddəsilə - sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnmiş qəza törətməkdə təqsirli bilinib. Bu müddət ilə ona 4 il 11 ay 28 gün cəza verilib.
R.Rəhimova qarşı CM-nin 264-cü maddəsilə - hadisə yerindən qaçmaya görə də ittiham irəli sürülmüşdü. Bu maddə ilə məhkəmə ona bəraət verib. R.Rəhimov özü də bu ittiham üzrə özünü təqsirli bilmirdi. Məhkəmədə son sözündə də bildirib ki, sürücülük hüququ olmadan maşın sürdüyünə və bir adamın həyatına son qoyduğuna görə peşmandır. Dediyinə görə, onun hadisə vaxtı avtomobili yüksək sürətlə idarə etməsi, hadisə yerindən qaçması barədə ittihamda yazılanlar yalandır.
Onun sözlərinə görə, hadisə yerinə təcili yardımı özü çağırıb, polislər də gəlib onu orada görüblər: "Polislər dedilər ki, bizi tanıyırlar. Məsləhət gördülər ki, taksiyə oturub gedim, özləri hər şeyi yoluna qoyacaqlar".
R.Rəhimov hadisə baş verərkən Bakı Dövlət Universitetinin tələbəsi olub. O, Səbail rayonunda, Bayraq meydanının yaxınlığında idarə etdiyi "Jeep Grand Cherokee" markalı avtomobillə yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Könül Əkbərovanı vurmaqda təqsirləndirilir. Hadisədən sonra Rəhimovların sürücüsü Əmirulla Şahbazov bu qəzaya görə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Zərərçəkmiş tərəfin çoxsaylı şikayətlərindən sonra o, azad edildi, R.Rəhimov həbs olundu. İşin istintaqını aparan Səbail Rayon Polis İdarəsinin müstəntiqi də vəzifəsini itirdi. Zərərçəkmiş tərəf sonradan məhkəmədə bildirdi ki, Rəhim Rəhimovdan şikayətçi deyillər, qarşı tərəf onlara maddi yardım göstərib.
Загрузка...
Загрузка...

Xəbər lenti