Загрузка...

“Rövşən Əhmədov intihar şousu ilə məsuliyyətdən yayınmaq istəyir”

“Rövşən Əhmədov intihar şousu ilə məsuliyyətdən yayınmaq istəyir”
Загрузка...

“Harda görünüb ki, kimsə 4 dənə yuxu dərmanı ataraq intihar etsin? O, sadəcə şou tərtib edərək ictimaiyyətin diqqətini cəlb etmək istəyir”

Xəbər verdiyimiz kimi, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun intihara cəhd etdiyi barədə məlumat yayılıb. Məlumata görə, ötən gecə R.Əhmədov yaşadığı evdə dərman içib. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Onun həyatını xilas etmək mümkün olub. R.Əhmədov hazırda xəstəxananın Toksikologiya Mərkəzində müalicə olunur. Onun  komada olduğu bildirilir.

Məlumata görə, R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda qeyd edib ki, yenidən həbsxanaya getmək istəmir.

Rövşən

Rövşən Əhmədov

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyev, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın əmlaklarını mənimsəmədə ittiham edilib. İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib. 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Çingiz

Çingiz Baxşıyev

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Hadisə ilə bağlı “AzPolitika.info”ya  açıqlama verən Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov bildirdi ki, R.Əhmədov məsuliyyətdən yayınmaq üçün növbəti dəfə belə şou düzənləyib: “Artıq Rövşən Əhmədovun Çingiz Baxşıyevə və qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya məxsus qızıl-zinət əşyalarını mənimsəməsi tam sübuta yetirilib. Ona görə də, belə bir şouya əl atıb. 4 dənə yuxu dərmanı atıb ki,  guya intihar edir. Harda görünüb ki, kimsə 4 dənə yuxu dərmanı ataraq intihar etsin? O, sadəcə şou tərtib edərək ictimaiyyətin diqqətini cəlb etmək, qarşı tərəfi ittiham obyektinə çevirmək və beləliklə də, məsuliyyətdən yayınmaq istəyir. İnanmayanlar, xəstəxana ilə əlaqə saxlaya bilərlər”.

Ceyhun Yusifov bildirdi ki, prosesin gedişində R.Əhmədovun əməlləri ifşa olundu, onun ittiham edilən cinayət üzrə təqsirli olduğu sübuta yetirildi: “ R.Əhmədov da əməllərinin sübuta yetirildiyini gördüyündən, intihar görüntüsü yaradaraq məhkəməyə təzyiq göstərmək istəyir. Bu isə yolverilməzdir. Niyə məhkəmənin qərarını dinləməkdən qorxur? Məhkəmənin obyektivliyinə niyə şübhə edir? Axı bu məhkəmə bir dəfə ona bəraət verib. O zaman məhkəmə obyektiv qərar çıxarırdı, indi qeyri-obyektiv? Bu cür üsullarla məhkəmənin qərarlarına təsir etmək olmaz. R.Əhmədov hansı əməlləri törətdiyini hamıdan yaxşı bilir. Ona görə də narahatdır”.

Ceyhun Yusifov sonda qeyd etdi ki,  Rövşən Əhmədov bu cür şoularla məsuliyətdən yayına bilməz: “Ona görə də, mən bir vəkil kimi məsləhət bilirəm ki, belə ucuz şoulara əl atmaqdansa, gətirib Çingiz Baxşıyev və ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını geri qaytarsın”.

Загрузка...
Загрузка...

Xəbər lenti