Rusiyada təyyarə qəzasında ölən azərbaycanlının meyiti Yevlaxa gətiriləcək

Rusiyada təyyarə qəzasında ölən azərbaycanlının meyiti Yevlaxa gətiriləcək
Загрузка...
Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək. Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanovun doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.
Məlumata görə, 1971-ci il təvəllüdlü Namiq İnayət oğlu Qəhrəmanov uşaq vaxtlarından Rusiyaya gedib. O, Orsk şəhərində fəaliyyət göstərən tikiş sexinin sahibi olub. Məlumata görə, N.Qəhrəmanov sexi rusiyalı qadın biznesmenlə şərik işlədirmiş. "Haqqıdı" ləqəbli N.Qəhrəmanov "İsim" ləqəbli qardaşı ilə birgə əvvəllər kiriminal aləmin üzvü olublar.
Lakin sonra N.Qəhrəmanov kiriminal ailəmdən uzaqlaşıb. Qardaşı isə qanunsuz silah gəzdirdiyinə görə mühakimə olunub və hazırda həbsdədir. N.Qəhrəmanovun ailəsi Yevlax şəhər Adil İsgəndərov küçəsində yaşayır. Onun meyitinin doğulduğu Yevlax rayonuna gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, "Saratov Airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur.
Загрузка...
Загрузка...

Xəbər lenti