Rusiyada azərbaycanlı avtomobil oğrusu yaxalanıb – VİDEO Rusiyada azərbaycanlı avtomobil oğrusu yaxalanıb – VİDEO

Rusiyada azərbaycanlı avtomobil oğrusu yaxalanıb – VİDEO
Загрузка...
Rusiyanın Volqoqrad şəhərində, fevralın 11-də 24 yaşlı azərbaycanlı maşın oğrusu saxlanılıb. Oxu.az xəbər verir ki, gəncin saxlanılma anının videogörüntüsü yayılıb. Volqoqrad sakinlərinin məlumatına görə, o, başqasına məxsus "Lada Vesta” avtomobilində uzağa qaça bilməyib və dövlət yol təhlükəsizliyi müfəttişliyinin əməkdaşları onu təqib edərək yaxalayıb.
Maşını qaçıran şəxs nə Volqoqrad, nə də digər Rusiya şəhərinin sakini olmadığını bildirir. Onun sözlərinə görə, Azərbaycandan gəlib və hələlik Rusiyada müvəqqəti yaşama icazəsi almayıb.
O qeyd edir ki, "Lada”nın açarını oğurlamayıb, onu tələbə yataqxanasının çıxışından tapıb. Maşını görüb və onu sürmək istəyinə düşüb.

Загрузка...
Загрузка...

Xəbər lenti