Rus polkovnik etiraf etdi: iki azərbaycanlı sürücünü öldürmüşəm

Rus polkovnik etiraf etdi: iki azərbaycanlı sürücünü öldürmüşəm
Загрузка...
Ötən ilin oktyabrında çoxsaylı qətllərdə ittiham olunaraq həbs edilən Moskva polisinin keçmiş polkovniki Aleksey Jdanov istintaqa yeni ifadələr verib. Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, Jdanov bildirib ki, Moskva şəhəri Novoslobodsk küçəsində 38 yaşlı azərbaycanlını onun maşınına yol vermədiyi üçün qətlə yetirib. Sonra isə onun maşınını yandırıb.
Yeri gəlmişkən, Jdanov bu qətldən sonra həbs olunub. Amma sən demə, bundan əvvəl o, başqa bir azərbaycanlını, Səyyad Hüseynzadəni də qətlə yetiribmiş. Hadisə Moskva vilayətinin Desnovka kəndində baş veribmiş. Həmin şəxs də, taksi sürücüsüymüş. Bu qətlin səbəbi isə bilinmir. 

Загрузка...
Загрузка...

Xəbər lenti