Rəqsanənin qızının çəkdiyi gizli videolar nəticə verdi - Baş həkim ''vuruldu''

Rəqsanənin qızının çəkdiyi gizli videolar nəticə verdi - Baş həkim ''vuruldu''
Загрузка...
Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb. Baku.ws-in xəbərinə görə, onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun körpələr evindən oğurluq olması iddiası ilə bağlı görüntüləri sosial şəbəkədə yaymışdı. 
Criminal.az saytı isə xatırladır ki, Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirmişdi.
Qurumun mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirmişdi ki, məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb. 

Загрузка...
Загрузка...

Xəbər lenti