Ramiz Mehdiyevdən məmurlara mesaj: "Çemodanlarını hazırlasınlar"

17 Aprel 2018, 14:19
17 Aprel
2018
14:19
406
Загрузка...
"Prezident İlham Əliyev tərəfindən ölkənin inkişafı baxımından müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət edilməsi tələb olunur. Komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini səfərbər etmələrini nəzərdə tutur".
Bu tezislər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır. Məqalənin tam mətnini "AzərTAc” yayıb.
Ramiz Mehdiyev yazır ki, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.

Məqalədən sitat: "Bu baxımdan Prezident İlham Əliyev yerli sahibkarlarla görüşü zamanı dövlət məmurlarının vahid komanda şəklində çalışmasının vacibliyini heç də təsadüfən söyləməmişdir: "Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanda sabitlik var. Azərbaycanda gözəl insan potensialı var, çox peşəkar insanlar var. Əlbəttə, siyasi iradə də var. Əgər biz hamımız hərə öz yerində bu istiqamətdə vahid bir komanda kimi çalışsaq, əminəm ki, yaxın zamanlarda Azərbaycanda sahibkarların qarşısında heç bir problem olmayacaqdır”.
Ramiz Mehdiyev bildirir ki, prezident İlham Əliyevin çıxışları və söylədiyi fikirlər əsasında onun kadr siyasətinin konturlarını da görə bilərik. Prezident Administrasiyasının rəhbəri İlham Əliyevin müsahibələrindən birindən aşağıdakı sitatı gətirir: "Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.

R.Mehdiyevə görə hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.
Administrasiya rəhbəri yazır ki, Azərbaycanda institusional islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən biridir. Lakin müşahidələr göstərir ki, idarəetmə islahatlarının "fəlsəfəsi” ilə bağlı bir-birindən fərqli təsəvvürlər mövcuddur.
İdarəetmə islahatları bir qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və koordinasiyaya şərait yaratdığı halda iqtisadi və təşkilati baxımdan müsbət nəticələr əldə olunur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan "maneələri” asanlıqla dəf etməyə imkan verir.
Ramiz Mehdiyevin fikrincə dövlət idarəetmə sisteminin yenidən qurulması prosesində diqqət yetirilməli mühüm məsələlərdən biri idarəetmə islahatlarının iqtisadi islahatların tempi ilə düzgün əlaqələndirilməsidir. Yəni, idarəetmə sisteminin restrukturizasiyası ilə yeni iqtisadi sistemin formalaşması bir-birini tamamlamalıdır.

"Bu baxımdan ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi iqtisadi islahatların gedişi ilə sinxronlaşdırılır və bu da, öz növbəsində, iqtisadiyyatın səmərəli tənzimlənməsinə əlverişli şərait yaradır”-Mehdiyev yazır. Administrasiya rəhbəri onu da yazır ki, idarəetmə sistemində islahatları ayrı-ayrı dövlət orqanlarının ləğvi və ya birləşdirilməsi, yaxud da yeni strukturların yaradılması kimi xarakterizə etmək olmaz. İnstitusional islahatlar birinci növbədə dövlət strukturlarının tənzimləyici rolunun gücləndirilməsini və onların fəaliyyətinin səmərəliliyini təmin etməlidir. Bu, heç də bürokratik meyillərin dərinləşdirilməsi demək deyil. Əksinə, idarəetmə sistemində aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait yaratmalıdır.
Məqalədə deyilir ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.
R.Mehdiyev daha sonra bildirir: "Azərbaycanın dövlət idarəetmə aparatında nəzərdə tutulan dəyişikliklər ölkənin mövcud reallıqlarına cavab verməklə yanaşı, həm də Əsas Qanunumuzun tələblərinə uyğun olaraq həyata keçirilir. Konstitusiyaya əsasən ali icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Dövlət idarəetmə aparatı da bu prinsipə uyğun olaraq fəaliyyət göstərməli və təkmilləşdirilməlidir”.
Загрузка...
Xəbər lenti
-
00:05Perinatal Mərkəzin direktoru: "Hansı həkim istəyər ki, onun tutduğu doğuşda uşaq ölsün?!"
-
23:55Meksikada tələbələri öldürüb turşuda əritdilər
-
23:41“RAMİZ MEHDİYEV AĞSAQQALIMIZDIR, AMMA…” – İbrahimov PA rəhbərini təkzib etdi
-
23:30Arzu Abdullayeva: 'Əfsuslar olsun ki, işgəncə olub'
-
23:11Azərbaycanda yeni nazir təyinatı
-
23:04Nüfuzlu narkobaron Rusiyaya ekstradisiya olunub
-
23:01Bin Ladenin cangüdəni dövlətdən müavinət alır
-
22:52Новой ареной сражения Гули станет Прибалтика
-
21:51Əshabəli Mustafayev: Avropa Məhkəməsi ilə sıx işləməyimiz qıcıq oyadır [Audio-müsahibə]
-
21:28İndoneziyalı siyasətçi korrupsiyaya görə həbs edilib
-
21:23Əfqan Muxtarlı: ''Vicdanın səsini Məzahir Pənahov vasitəsilə oğurlamaq mümkün deyil''
-
20:08Naxçıvanda böyük əməliyyat: 108 kq heroin aşkarlandı - FOTO
-
19:12Kənd sakinlərini təhqir edən Metropolitenin şöbə rəisi üzr istədi
-
19:04Ramiz Mehdiyev: "Danışıqlar baş tutmasa, məcburuq, müharibə yolu ilə münaqişəni həll edək" - VİDEO
-
19:0215 yaşlı oğlan 14 yaşlı qızla evləndi
-
19:00Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əməkdaşları qadın sürücünü döydülər — VİDEO
-
18:57“Youtube” milyonlarla videonu sildi
-
18:28Toya gedən şəxslər qəzaya düşdü: 2 nəfər ölüb
-
17:40Ramiz Mehdiyev Nazim İbrahimova qarşı yeni ittihamlar səsləndirdi
-
17:38Kriminal aləmin "Astaralı Fuad"ı şikayətçidir -MƏHKƏMƏ quruldu
-
17:35Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürüldü
-
16:23Cəlilabadda kütləvi dava baş verdi
-
16:15Bakı metrosunun rəsmisi azərbaycanlıları təhqir etdi
-
16:13Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi: "Nöqsanlara yol verilib"
-
16:04Bakıda qayda pozan sürücü “tras”da təpik atdı - VİDEO
-
14:40Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı - Dəvətnamələr də paylanılıbmış
-
13:55Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər
-
13:54Ermənistanda keçmiş millət vəkilini GÜLLƏLƏDİLƏR
-
13:53DSX külli miqdarda narkotiki saxladı - ƏMƏLİYYAT
-
13:51Dağıstanda döyüşlər: Yaraqlılar məhv edildi
-
12:30Türkiyədə zəlzələ: yaralananların sayı 39-a çatıb
-
11:43Azərbaycanda qadına məxsus 30 min dollar oğurlandı
-
11:37Eldar Mahmudov məhkəməyə gəlmədi - QƏRAR VERİLDİ
-
11:34Maskalı şəxslər gecə evə basqın etdi: yaralılar var
-
10:49Məişət tullantıları daşıyan maşın qəza törətdi — 1 ölü, 1 yaralı
-
10:44Lotu Qulinin adamı Ağstafada tutulub
-
10:40Bakı metrosu yenə qarışdı — Vaqonlar boşaldıldı
-
10:37Ötən günün cinayət statistikası
-
10:08Türkiyədə zəlzələ: Yaralılar var
-
10:02“O qız mənim sevgilim olub” - 46 qızı zorlamada günahlandırılan falçı
24 Aprel 2018
Digər xəbərlər
-
Manşet, Korrupsiya
Ramiz Mehdiyev Nazim İbrahimova qarşı yeni ittihamlar səsləndirdi
-
Manşet, Korrupsiya
Yeni ''Qaçqınkom'' məhşur prokurorun oğludur - ATASI İLƏ BAĞLI İLGİNC FAKT
-
Manşet, Korrupsiya
Ramiz Mehdiyevdən məmurlara mesaj: "Çemodanlarını hazırlasınlar"
-
Manşet, Korrupsiya
"Dilənçilik edirlər, pul qoparırlar, bu dərəcədə alçaqlıq olmaz..." - PREZİDENT AEROPORTDAKI VƏZİYYƏT HAQDA
-
Manşet, Korrupsiya
İlham Əliyevin qaldırdığı bayrağı kim endirdi?
-
Manşet, Korrupsiya, Cəmiyyət
DYP prezident və parlamenti saymır - Avtomobil nömrələri ''ceyran belinə'' necə qaldırılır
-
Manşet, Korrupsiya
ZİYA MƏMƏDOVUN BROYLERİ DƏ ƏLİNDƏN ALINDI! – “Pasha Holding”ə keçib
-
Manşet, Korrupsiya, Cəmiyyət
“İşçini müdirin həyətində qul kimi işlədirlər” – “Ondansa rüşvəti birdəfəlik 2500 etsinlər”
-
Manşet, Korrupsiya
MTN-nin DAŞKƏSƏN ƏMƏLİYYATI – Dövlətin 2 milyonu kimlərin cibinə gedib?