Загрузка...

Quliyə qarşı çıxan erməni “qanuni oğru” axtarışa verildi - FOTO

Quliyə qarşı çıxan erməni “qanuni oğru” axtarışa verildi - FOTO
Загрузка...
Krımın Daxili İşlər Nazirliyi azyaşlılara qarşı ağır cinayətlərdə suçlanan "qanuni oğru” Kamo Səfəryanı axtarışa verib. Rusiya vətəndaşı olan Kamo Səfəryan kriminal aləmdə tanınmış "oğru” hesab olunur. O, 2005-ci ildə Yaltaya müalicəyə gedib və o vaxtda Krımda yerləşib. Ukrayna Krıma nəzarəti itirdikdən sonra Səfəryan burada məskunlaşıb. O diqqəti xüsusi cəlb etmədən yarımadada kriminal vəziyyətə nəzarət edən əsas adamlardan biri olub.
Sonuncu dəfə 2016-cı ildə azadlığa buraxılıb. Milliyyətcə erməni olan Kamo Səfəryan Tiflisdə doğulub. O, Ded Xasanın klanına daxil olub və Krımda uzun müddət "nəzarətçi" ("smotryaşi") kimi tanınıb. K.Səfəryan öz "kriminal karyerasına" SSRİ-də cibgir kimi başlayıb. Elə o zaman ilk məhkumluq həyatını yaşayan K.Səfəryan 1998-ci ildə sui-qəsdə məruz qalıb. Amma killer səhvən onu yox, qardaşını öldürüb. Bundan sonra Səfəryan Krıma köçüb və ərazi üzrə "nəzarətçi" olub. 2008-ci ildə Ukraynadan deportasiya edilən Səfəryan Aslan Usoyanın klanına qoşulub. 2014-сü ilin dekabrın 5-də Zayka ləqəbli avtoritet Zaur Əliyevin döyülməsindən sonra Kamo Səfəryanın adı mediada yenidən hallanmağa başlamışdı.
Belə ki, "Matrosskaya tişina"da baş verən bu döylmədə o zaman həbsdə olan Nadir Səlifovun (Lotu Quli) adı hallanırdı. Kamo Səfəryan təcridxanadakı bu "bespredel”ə etiraz edənlərdən olub. Lotu Qulinin adamları isə cavabında bildiriblər ki, Zayka "qanuni oğru” olmadığı halda "qanuni oğru”nu təhqir etdiyi üçün cəzalandırılıb. O vaxt Rusiya mətbuatı yazırdı ki, Zaykanın yaxın dostu Kamo Səfəryan Moskvada beş qanuni oğrunun iştirakı ilə "sxodka" keçirib.
Görüşdə təcridxanada baş verənlər müzakirə edilib. "Sxodka” iştirakçılar bu məsələni "kriminal generalların" daha geniş çevrəsinin iştirakı ilə müzakirəyə çıxarmağı və Kamo Səfəryanın təklifi ilə Lotu Qulinin "oğru" statusunun əlindən alınması məsələsinə baxılması qərara alıblar. Amma sonra bu məsələ unuduldu. Ukraynadan qoparılaraq, Rusiyaya birləşdiriləndən sonra kriminal aləm Krım uğrunda yeni mübarizəyə başladı. Bu sırada əsas fiqur mərhum "qanuni oğru” Rövşən Lənkəranski idi. Slavyan "qanuni oğru”lar bu mübarizədə Rövşən Lənkəranskiyə uduzmamaqda israrlı idi. Amma Rusiya tərkibinə qatılan yeni respublika heç bir kriminal qruplaşmaların bölgədə möhkəmlənməsinə imkan vermədi. Səfəryanın axtarışa verilməsi bunu bir daha təsdiq edir.
Загрузка...
Загрузка...

Xəbər lenti