Qulinin həbs edilməsi və Sumqayıtda gizlədilməsi - Kamera yoldaşı danışır... - VİDEO

Qulinin həbs edilməsi və Sumqayıtda gizlədilməsi - Kamera yoldaşı danışır... - VİDEO
Загрузка...
 1995-ci ilin aprel ayında tutulan Qulinin həbsi o vaxtkı "Bakı sovet” indiki "İçərişəhər” metrosu stansiyası tərəfdə baş verib. Onu qandallayıb polis maşınına mindirdikdən sonra Sumqayıtda yerləşən təcridxanaya gətiriblər. O zamanlar qatı cinayətkarları, residivistləri harada yaxalanmalarından asılı olmayaraq, məhz o təcridxanaya gətirirmişlər. Burada "effektiv” istintaq aparmağı, bacaran mütəxəssislər olub. Bir müddət Qulinin hansı təcridxanada saxlanılması ilə bağlı xəbər olmayıb. Qulinin atası dəqiq bilirmiş ki, oğlu həbsdədir, amma haradadır, necədir, bilmirmiş. Nəhayət tutulduğundan 70-80 gün sonra Qulinin Sumqayıtda olduğu bilinir.
Qulinin türmə yoldaşı Məzahir danışır:"1996-cı ilin əvvəllində əlimdən faciəvi bir xəta çıxdı. Məni də Sumqayıt təcritxanasına gətirdilər. Məni 5-ci kameraya saldılar, Quli isə 6-cı kamerada idi. İlk dəfəydi təcridxana kamerasında olurdum. Kameraya salınandan sonra səs eşitdim. Gördüm ki, kimsə mənimlə danışır. Nəzarətçi gəlib dedi ki, yan kamerada "reket Quli” qalır, səninlə danışan odur. Quli də o tərəfdən əsəbiləşdi ki, mənə "reket” demə, o yaxşı söz deyil. Sonradan Quli ilə mən, hərəmiz öz kameramızda ola-ola danışmağa başladıq.
O dedi ki: "Mən Quliyəm”. Dedim, tanıyram. Dedi ki: "Ehtiyatlı ol, yanına adam atacaqlar,qardaşın da olsa, ona sirr vermə”. Açıq şəkildə cinayət törətmiş və dərhal da təqsirini boynuna almış adamda daha nə sirr ola bilərdi. Əvvəlcə ağlım bir şey kəsmədi. Amma sonra baxdım ki, əlbətdə, ola bilər. Üstündən 2-3 saat keçəndən sonra gerçəkdən yanıma bir adam saldılar. O, da başladı ordan-burdan danışmağa, törətdiyi cinayət barədə mənə suallar verməyə. Onda anladım ki, Quli deyən düzdür: cinayətin detallarını öyrənmək üçün yanıma adam salıblar. Həmin gün Quli mənə yemək yolladı "instruktaj” etdi. Biz "kormuşka” deyilən, dustağa yemək verilməsi üçün nəzərdə tutulan oyuqdan, divardan danışırdıq. Bir gün 4-5 nəfər yüksək rütbəli polis işçisi təcridxana rəisi ilə birlikdə onun kamerasına gəldilər. Quli içəridə irəli-geri yeriyir, var-gəl edirdi, idman hərəkətləri ilə məşğul idi.
Kameralarımız soyuq idi, o, bu hərəkətləri həm də qızınmaq üçün edirdi. Məndən fərqli olaraq onun kamerası ayaqqabının dabanına çıxacaq səviyyədə suyun içində idi. Gələnlər gördülər ki, Quli idmanla məşğul olduğu üçün sağlam görünüşü var, bir az yaxşılaşıb. Rəislərdən biri təcridxana rəisinə dedi ki, bu nədir, bunu burda bəsləyirsiz, deyəsən. Quli də dedi ki, nə bəsləmək, görmürsüz ki, ayağımın altı sudur. Gələnlərin böyüyü dedi ki, sənin işin ağırdır, boynunda 4 ölü var, Bakıya aparacağıq, orada hamısını boynuna alacaqsan. Onlar Qulinin öldürdüyü 2 nəfərdən əlavə, daha 2 naməlum qətli də onun boynuna qoymaq istəyirdilər. Quli cavab verdi ki, hara aparırsınızsa, aparın, mən Quliyəm, heç nəyi boynuma almayacam.
Onlar bir də onu hədələyəndə Quli dedi ki, özümü kəsib doğrayaram, qanımı tökərəm bura, görərsiz. Qonaqlar qapını bağlayıb getdilər. Sonra məni Qulinin kamerasına saldılar və iki həftə birlikdə qaldıq. Məni Qulinin yanına ona görə salmışdılar ki, özünü doğrasa, nəzarətçilərə xəbər verim. Oğru dünyasında özünü kəsmək halları var. Bir oğru namus və şərəfinə təhlükə yarandığı halda, yaxud dözülməz işgəncələrdən xilas olmaq üçün bu addımı ata bilər. 1996-cı ildə Sumqayıt təcridxanasından Qulini Şüvəlan təcridxanasına aparıblar. Bu vaxta qədər artıq onun barəsində açılan cinayət işi tamamlanıb, ittihamları elan edilib və məhkəməsi təyin olunub. Quli Şüvəlan təcridxanasına gətiriləndə, burda olanlar tərəfindən hörmətlə qarşılanıb. Çox çəkmədən vəziyyətə nəzarət onun əlinə keçib. O vaxta qədər bu səlahiyyət Qalib adlı məhkumda olub və o, necə deyərlər, rotasiya qaydasıymış kimi səlahiyyətlərinin icrasını Quliyə ötürüb. Bu ona görə belə asanlıqla baş verib ki, Quli hələ azadlıqda olanda türmədəki məhbuslara diqqət göstərib, onlara müntəzəm və bol-bol ərzaq, pul və s. göndərib. Məhkum yoldaşlarının dediyinə görə, Quli Şüvəlana köçürüləndə dustaqlar arasında "Evin yiyəsi gəldi, türmədədir”, deyə bir ifadə dolaşırmış, bir çoxları onu 23 yaşlı gənci çoxdanın "qanuni oğru”su zənn edirmiş.
O vaxtlar Qulinin "iş ortaqları”-Otar və Ülvi, Bayılda idilər, Lotu Bəxtiyar da ordaydı. Orada vəziyyətə onlar baxırdılar. O, Şüvəlana gələndən sonra türmə əhli diş fırçası, sabunun nə olduğunu bildi. Buna qədər bu şeylərə yalnız bir qrup adamın əli çatırdı. Biz 10-15 nəfərlik kamerada qalırdıq. Mən ondan əvvəl o kamerada idim. Darısqallıq idi. Bəzən 20 nəfərlik yerdə 40 nəfər qalırdı, məhkumların sərbəst hərəkət etməsi, oturub-durması çətin olurdu. Ərzaq, siqaret, ərzaq, çay qənd sarıdan sıxıntılarımız yaranırdı. Quli gələndən sonra demək olar ki, bütün kameralar çay, qənd, diş pastası, fırçası, siqaret və başqa şeylərlə təmin olundu”.
Mənbə: Munis Yusifoğlunun "Mən Quliyəm” kitabı
Загрузка...
Загрузка...

Xəbər lenti