QHT rəhbərinin məhkəməsi başlayır - ''Qardaşımdan boşandığına görə mənə şər-böhtan atır''

QHT rəhbərinin məhkəməsi başlayır - ''Qardaşımdan boşandığına görə mənə şər-böhtan atır''
Загрузка...
Kəmalə Ağazadə barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib
Mayın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə hakim önünə çıxarılıb. O, dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilir. Hakim Zeynal Ağayevin sədrliyi ilə hazırlıq iclası keçirilib və prosesin baxış iclası mayın 17-nə təyin edilib.
Artıq Kəmalə Ağazadə barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib. Bu barədə Meydan TV-yə danışan Kəmalə Ağazadə deyib ki, onun ölkədən çıxmaq fikri olmayıb: "Sadəcə, ölkədən getmək istəyəndə məlumatlandırmışdım, hansısa anlaşılmazlıqlar olub”.
Kəmalə Ağazadə ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə özünü təqsirli bilmir: "Qardaşımın keçmiş həyat yoldaşı 3 ildir haqqımda müxtəlif orqanlara şikayətlər edir. Həmin qadın vaxtilə yanımda çalışıb, sadəcə, qardaşımdan boşandığına görə mənə şər-böhtan atır. Mən məhkəmədə ittihamların yalan və böhtan olduğunu sübut edəcəm”.
Загрузка...
Загрузка...

Xəbər lenti