"Qadını kolluğa çəkib, şalvarını, alt paltarını çıxardım..." - CANİDƏN ŞOK ETİRAF

Загрузка...
Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İstintaqla müəyyən edilib ki, ötən il Əli Məmmədov(ad və soyad şərtidir)sərxoş vəziyyətdə olarkən şəhərdəki "Göyərçin” abidəsi tərəfə gedən Nigar Zeynalovanı (ad-soyad şərtidir) görüb. O, Nigarın üzərində qızıl-zinət əşyalarını ələ keçirmək istəyib. Bunun üçün Əli qadını gördüyü yerdən təqribən 500 metr məsafə qət edərək cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.
O, havanın qaranlıq və qadının dayandığı ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum edib. Təqsirləndirilən şəxs qadını yerə yıxaraq, ona bir neçə zərbə vurub. Nigarın səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb. Əli Nigarı sürüyərək gül kollarının arasına aparıb. Alışqanı ilə qadının sırğalarının qızıl olmadığını görüb, ona qarşı quldurluq niyyətini sona çatdıra bilməyib. Əli bundan sonra cinayət əməlini davam etdirərək Nigarla cinsi əlaqədə olmaq qərarına gəlib. O, qadının gücsüz olmasından istifadə edərək onu soyundurub və kolluqda təbii və qeyri təbii yolla cinsi əlaqədə olub.
Daha sonra isə qadının ağzını torpağa sıxıb, onun qarın boşluğuna zərbələr endirərək qəsdən öldürüb. Qadın boğularaq hadisə yerindəcə ölüb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib.
O, istintaqa ifadəsində evli olduğunu və 1 yaşlı qız övladının olduğunu deyib: "Atam, anam və qardaşlarım var. Atam fəhlə işləyir, anam isə fərdi evdə xadimə işləyir. Maddi imkanınız olmayıb. Uşaqlıqdan cüdo, kik boks və qaydasız döyüş üzrə idman növləri ilə məşğul olmuşam. Daha sonra hərbi xidmətə getmişəm. Əsgərlikdən gələndən sonra müxtəlif yerlərdə fəhlə işləmişəm”.
Təqsirləndirilən şəxs hadisə ilə bağlı bildirib ki, həmin gün dostları ilə görüşüb: "Dostlarımla görüşüb, çay içdik. Sonra onlardan ayrıldım, evə gedəcəyimi dedim. Lakin evə getmədim. İnternet klubda oturdum. Gecə təxminən saat 4ün yarısı acdım. Çıxdım dönər yeməyə. Dönərdə növbə var idi. Bir müddətdən sonra içəri keçdim. 10-15 dəqiqə dönər evində oturdum. Bu vaxt dönər evinin qarşısından idman geyimində, başında kepka olan 30-35 yaşlı qadın keçdi. Qadın "Göyərçin” tərəfə gedirdi. Pula ehtiyac vardı. Düşündüm ki, gedib onu soyum. Yolun digər tərəfinə keçdim. Qadının üzərində qızıl olub-olmadığını öyrənmək istəyirdim. Qadının diqqətini cəlb eləməmək üçün onun qabağına keçmədim. Yolu keçəndə qadının qulağında sırğaları gördüm. Onunla üz-üzə gəldim, mənə baxdı, lakin yolunu davam etdirdi. Yolun qaranlıq hissəsini görən kimi arxa tərəfdən qadına yaxınlaşdım. Sağ əlimlə boynundan tutdum. Bu zaman qadın müqavimət göstərdi. Qışqırmağa başladı. Əli və ayağı ilə zərbələr vurdu. Qorxdum, tez onu yerə yıxaraq ağaclıqların altına apardım. Baxdım özündən gedib. Nəbzinə baxdım, yaşayırdı. Onu kolluğa aparan zaman bir neçə zərbə vurmuşdum. Qadını yerə uzatdım. Nəfəs alırdı. Alışqanımı çıxarıb qulağındakı sırğanın qızıl olub-olmadığına baxdım. Gördüm qızıl deyil. Ona görə çıxartmadım. Telefonu vardı, onu da götürmədim”.
Ağır cinayətdə ittiham olunan şəxs bildirib ki, bu zaman qadınla cinsi münasibətdə olmaq niyyətinə düşüb: "Qadının huşu özündə deyildi. Nəfəs alırdı. Bu zaman onun şalvarını və alt paltarını çıxarıb, onunla cinsi münasibətdə oldum. İşimi bitirdim. Durub gedəndə qadının səsini eşitdim. Mənə dedi, hara gedirsən? Heç bir cavab vermədim. Evə gedib yatdım. Səhəri gün günorta saatlarında çöldə olan zaman polislər mənə yaxınlaşıb, saxladılar. Qadının öldüyünü orda eşitdim. Lakin mənim onu öldürmək kimi bir niyyətim olmayıb".
Ölən qadının həyat yoldaşı ifadəsində bildirib ki, xanımı artıq çəkisi olduğu üçün idmanla məşğul olub: "Hər gün piyada yeriyib qaçırdı. Əvvəllər buna etiraz etdim. Dedi, məni qısqanırsan. Söz-söhbət olmasın deyə bir şey demədim. Bir az keçəndən sonra Nigar dedi ki, günortalar gün onu yandırır. Səhər saat 5-də durub gəzəcək və idman edəcək. Buna da etiraz elədim. Dedi ki, hər yer polisdir. Heç bir qorxusu olmayacaq. Yenə razılıq vermək məcburiyyətində qaldım. Həyat yoldaşım hər gün saat 5-də durub gedirdi, təxminən 8 qalmış evə gəlirdi. Hadisə günü yuxudan durdum. Gördüm gəlməyib. Nömrələrinə zəng elədim, cavab verən olmadı. Günortaya yaxın məlum oldu ki, yoldaşımı öldürüblər”.
Загрузка...
Загрузка...

Xəbər lenti