Prokuror Musa Tukanova 10 il həbs cəzası istəyib

Prokuror Musa Tukanova 10 il həbs cəzası istəyib
Загрузка...
Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Karlar Cəmiyyətinin həbsdəki sədr müavini Musa Tukanova 10 il həbs cəzası istəyib. Bu barədə onun oğlu Akif Tukanov bildirib.
Məhkəmənin hökmünün mayın 23-də elan ediləcəyi gözlənir. Musa Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəridir. O, 2017-ci ilin noyabrında saxlanılıb.
Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M.Tukanov barəsində həbs qətimkan tədbiri seçib. Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti