Загрузка...

Prokuror dələduzluqda təqsirləndirilən vəkilə verilən cəzadan narazıdır

Prokuror dələduzluqda təqsirləndirilən vəkilə verilən cəzadan narazıdır
Загрузка...
 Gülər Əhmədovanın vəkilinin məhkəməsi başlayır Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Əfsər Talıbov barəsində olan məhkəmə hökmündən prokurorun verdiyi apelyasiya protestinə baxılır. Hakim Əmir Bayramovun sədrlik etdiyi ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 13-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Talıbovun barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib.
Prokuror cəzanın ağırlaşdırılmasını istəyib. Ə.Talıbov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. Ə.Talıbov sabiq deputat Gülər Əhmədovanın vəkillərindən biri olub.
Загрузка...
Загрузка...

Xəbər lenti