Загрузка...

Prokuror Arif Əsgərovun qohumuna 9 il cəza istədi

Prokuror Arif Əsgərovun qohumuna 9 il cəza istədi
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Emil Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib. Təqsirləndirilən şəxsin müdafiəçiləri məhkəmədən müdafiə çıxışı üçün vaxt istəyiblər. Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınlb.
 İttihama görə, E.Hüseynov (nəqliyyqt nazirinin müavini Arif Əsgərovun baldızı oğludur-müəll.) Gürcüstandan mal gətirmək adı ilə müxtəlif şəxslərdən pul alıb. O, 2016-cı ilin dekabr ayında "İnterpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Qeyd edək ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov bu cinayət işi üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Emil Hüseynov da Elnarı ittiham edirlər. Onların dediyinə görə, alınan pullar Elnar Əsgərova çatıb. Emil Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.
Qeyd edək ki, E.Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə etməklə onun 382 min dollarını, Namiq Mehdiyevin 80 min manatını, Emil Məmmədovun 2 milyon 500 min dollarını və Mərziyyə Rzayevanın 19 500 manatını dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.
Cinayət işinin materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. Onu da qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanırdı. Xatırladaq ki, A.Əsgərovun oğlu "Liman Group” şirkətinin rəhbəri olub.
Загрузка...
Загрузка...

Xəbər lenti