PROFESSORUN EVİNDƏN TAPILAN ERMƏNİ SAATI… – Bakıdan Vartan Sirmakesə axan pullar!

 PROFESSORUN EVİNDƏN TAPILAN ERMƏNİ SAATI… – Bakıdan Vartan Sirmakesə axan pullar!
Загрузка...
"Bir generalın qolunda 300 min avroluq "Franck Muller” saatı var”
Xəbər verdiyimiz kimi, tanınmış tibb professoru Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvləri – Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi başlayıb. Aprelin 4-də Bak Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Bildirib ki, Firdovsi Əliyev 2 ay "Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikanı böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.
Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. A.Əmirov, N.Musayev və B.Hacızadə oradan çıxıb, Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içəridən darvazanı açıb.
Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb, çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıtla bağlayıb, onları tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon dollar pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, "iPhone”, 2 ədəd "Samsung”, 20 min manatlıq "Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar. İttiham üzrə A.Əmirov, N.Musayev və B.Hacızadə özlərini qismən təqsirli bilib, digərləri isə özünü təqsirli bilməyib. Zərərçəkmiş K.Abdullayev prosesdə iştirak etməyib. Proses aprelin 9-da davam edəcək. 

 Məşhur professora qarşı quldurluq işində bir məqam diqqətimizi çəkdi. Quldurlar axtardıqları 2 milyon dolları tapa bilməsələr də, K.Abdullayevin evindən dəyəri 20 min manat olan 1 ədəd "Franck Muller” qızıl saatını taparaq götürüblər. Yuxarıda təqdim etdiyimiz məlumatdakı bu məqam yəqin ki, çoxlarının diqqətini çəkməyib. Amma… Məsələ ondadır ki, elit saat brendləri arasında ilk sıralarda olan "Franck Muller” İsveçrə saatlarının istehsalçısı olan beynəlxalq kompaniyanın sahibi erməni Vartan Sirmakesdir. "AzPolitika”nın internet resurslarında apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, bu saatların qiyməti 3-5 min dollardan başlayaraq, 2 milyon dollaradək yüksəlir.
K.Abdullayevin evindən erməniyə məxsus şirkətin istehsal etdiyi bahalı saatın çıxması bir daha sübut edir ki, Azərbaycan zənginləri sahibinin erməni olmasına əhəmiyyət vermədən "Franck Muller” saatlarını alırlar və beləliklə də erməni millətçisi olan Vartan Sirmakesin daha da zənginləşməsində iştirakçı olurlar.
Kimdir Vartan Sirmakes? 

 Vikipediyadan oxuyuruq ki, Vartan Sirmakes İsveçrədə 7 brend markanın 14 istehsal müəssisəsinin sahibidir. Həmçinin "ArmSwissBank”ın prezidentidir. Sirmakes – İsveçrədəki erməni diasporunun əsas donorudur! Vartan Ermənistanda da "Franck Muller” kompaniyasının nümayəndəliyini açıb və bu ölkənin iqtisadiyyatına böyük yatırımlar edir.
O, həmçinin uzun müddət "Ararat” futbol klubunun sahiblərindən biri olub və Ermənistan futbolunun inkişafına böyük pullar xərcləyib. Yuxarıdakı nümunədən göründüyü kimi, Sirmakesin Ermənistan iqtisadiyyatına, futboluna yatırdığı, İsveçrədəki erməni diasporasına xərclədiyi pullarda K.Abdullayev kimi azərbaycanlıların da ciddi payı var! Belə azərbaycanlıların sayı isə bir deyil, beş deyil. Bir saat mütəxəssisinin dediyinə inansaq, Bakıda yüzlərlə zəngində "Franck Muller”in ən bahalı saatlarından var. Məsələn, yüksək post tutan bir generalda bu saatların təxminən, 300 min avroluq versiyası var!…
Загрузка...
Загрузка...

Xəbər lenti