Professorun evindən oğurluq edən xadiməyə hökm oxundu

Professorun evindən oğurluq edən xadiməyə hökm oxundu
Загрузка...

Hökmün icrası təxirə salınıb 

Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi prosesdə hökm oxunub. Hökmə əsasən o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə M. Quliyevanın istintaq dövründə 4, məhkəmə dövründə isə 1 uşağının olmasını nəzərə alaraq, onun barəsində hökmün icrası sonuncu övladının 14 yaşı olana kimi təxirə salınması barədə qərar qəbul edib.

Hadisə ötən il Nəsimi rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. İttihama görə, zərərçəkmiş Aida İbrahimovanın evində xadimə işləyən M. Quliyeva mənzildən 30 min manatdan çox qızıl zinət əşyaları və pul oğurlayıb.

M. Quliyevaya qarşı Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. M.Quliyeva 5 azyaşlı uşağın anasıdır.

Zərərçəkmiş Aida İbrahimova Bakı Dövlət Universitetinin (BDU) professorudur.

Загрузка...
Загрузка...

Xəbər lenti