Polkovnik Zahidov: ''Bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər''

Polkovnik Zahidov: ''Bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər''
Загрузка...
Milli Şuraya daxil olan partiya və birliklərin funksionerləri iddia edirlər ki, son günlər onların 6 üzvü və tərəfdarı qəsdən inzibati qaydada həbs olunub. Bununla bağlı virualaz.org-un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, onların bu iddiası əsassız və yalandır.
E. Zahidov xatırladıb ki, son 3 gündə müxtəlif növ inzibati xəta törətdiyi üçün respublika üzrə 6 nəfər deyil, 62 nəfər məhkəmələrin çıxardığı qərarlarla inzibati qaydada həbs olunub.
"Onların arasında iqtidar partiyasının da, müxalifət partiyasının da üzvü və ya tərəfdarları, eləcə də fəhləsindən tutmuş ziyalısına qədər, hər kəs ola bilər. Bəs nəyə görə müxalifət partiyalarının funksionerləri inzibati qaydada həbs olunan 62 nəfərin deyil, yalnız onlardan 6 nəfərin müdafiəsinə qalxır? Deməli, bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər. Amma bilməlidirlər ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qayda-qanuna əməl etmək hamının borcudur. Burada istisnalar yoxdur”, - deyə E.Zahidov vurğulayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti