Polisi vurub 500 metr sürüyən Elnarəni axtarışa verirlər - VİDEO Polisi vurub 500 metr sürüyən Elnarəni axtarışa verirlər - VİDEO

Polisi vurub 500 metr sürüyən Elnarəni axtarışa verirlər - VİDEO
Загрузка...
Ukraynanın Lvov şəhərinin sakini, avtoxuluqanlıq etdiyinə görə onu saxlayan iki patrul polisini avtomobillə qəsdən vuran, birini kapotda yarım kilometr sürüyən 26 yaşlı azərbaycanlı Elnarə Əbiyevanın barəsində qiyabi həbs qətimkan tədbiri seçiləcək. Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, azərbaycanlı qadının Yeni il bayramı ərəfəsində törətdiyi bu əməl, polisi qəsdən vurması və üstəlik sosial şəbəkələrdə onları "zibil” adlandırması geniş ictimai rezonans doğurub.
 
Prokurorluq hadisə ilə bağlı cinayət işi qaldırıb, lakin Elnarə Əbiyevanı istintaqa cəlb etmək mümkün olmayıb. Çünki o, yaşadığı evdə yoxdur və Lvovu tərk edib. Hüquq-mühafizə orqanları onun ya İtaliyada, ya Azərbaycanda olduğunu təxmin edir. Qalmaqallı avtoxuliqan Yeni il tətili günlərində Bakıda olub və İntagram-da foto paylaşıb.
 

Xatırladaq ki, E.Əbiyeva idarə etdiyi "Pageout” markalı avtomobillə qarşı hərəkət zolağına çıxıb və tramvay yoluna daxil olub. Bu vaxt yol patrul polisi onu saxlayıb, barəsində protokol tərtib etmək istəyib. Lakin sürücü qəfildən qazı basaraq polisin birini vurub, ardınca maşını o biri polisin üstünə sürüb. Həmin polis əməkdaşı maşının kapotundan yapışıb və E.Əbiyeva bu vəziyyətdə polisi küçəylə yarım kilometr sürüyüb. Həmin anlar videomüşahidə kameralarına düşüb. Daha sonra qaza basaraq polisi kapotdan salıb və hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşının əli sınıb və digər xəsarətlər alıb.

 
TSN telekanalı xəbər verir ki, Elnarə Əbiyeva sonuncu dəfə saxlanılarkən narkotikin təsiri altında olub. O, son dörd il ərzində narkotik maddə qəbul edərək avtomobil idarə etdiyinə görə barəsində 13 dəfə protokol tərtib edilib. Gözlənilir ki, məhkəmə gələn həftə E.Əbiyevanın barəsində həbs qətimkan tədbiri seçəcək və onun barəsində axtarış elan ediləcək. Ukrayna qanunlarına görə insident zamanı polisin E.Əbiyevaya tabel silahından atəş açmaq səlahiyyəti var idi, lakin bu səlahiyyətdən istifadə edilməyib. Sosial şəbəkə istifadəçiləri azərbaycanlı qızın Ukrayna polisini alçaltdığı barədə hiddətlə yazırlar və sual edirlər: qanuni əsas olduğu halda polis E.Əbiyevaya niyə atəş açmayıb? "Polis adına bu cür hörmətsiz yanaşmaq olmaz, hələ imperiya dövrlərindən belə olub. Bu, rüsvayçılıqdır. Hər yerindən qalxan alçaq birgəyaşayış və yol hərəkəti qaydalarına əməl etmir, polisə fiziki güc tətbiq edir, bizim bədnam siyasətçilər və jurnalistlər isə belələrinə haqq qazandırır"-istifadəçilərdən biri yazır.
Загрузка...
Загрузка...

Xəbər lenti