Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub'' Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub''

Polisdə döyüldüyünü deyən qadının iddialarına DİN-dən CAVAB: ''O, hay-küy salaraq qəfil DYPB-yə daxil olub''
Загрузка...
 "Ucar rayon sakini Hicayət Həsənovanın Ucar RPŞ-nin DYP bölməsində 4 polis əməkdaşı tərəfindən döyülməsi və oğlunun idarə etdiyi avtomobilin cərimə meydançasından çıxarılması üçün ondan pul istənilməsi barədə iddiaları əsassızdır və həqiqətdən uzaqdır”. Bu sözləri Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Ucar rayonunda yol polisinin vətəndaşı döyməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Nazirlik rəsmisi Criminal.az-a bildirilib ki, yol polisinə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Onun sözlərinə görə, ictimai rəyi çaşdırmağa yönəlmiş bu cəhd böhtan və şantaj xarakterli olmaqla bərabər, həm də polis əməkdaşlarının işgüzar nüfuz və imicini qəsdən ləkələmək məqsədi daşıyır:
"Sözügedən xanımın mahiyyətini bilərəkdən öz xeyrinə, təhrif olunmuş formada çatdırmağa çalışdığı həmin hadisə cari il aprelin 17-də, saat 11:30 radələrində Ucar şəhərinin mərkəzi küçələrinin birində baş verib. Belə ki, yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen Jetta” markalı 08-BE-993 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həm də təhlükəsizlik kəmərini bağlamadan bu nəqliyyat vasitəsini idarə etdiyinə görə DYP əməkdaşları tərəfindən ona "saxla” işarəsi verilib. Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaq əvəzinə avtomobilin sürətini bir qədər də artıraraq, həmçinin yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozaraq birincilərdən uzaqlaşmağa çalışıb, avtoxuliqanlıq hərəkətləri edib. Hadisə yerinə çağırılan əlavə polis naryadlarının köməkliyi, yol patrul xidməti əməkdaşlarının çevikliyi nəticəsində "Volkswagen Jetta” saxlanılaraq sürücüsü ilə bərabər barəsində müvafiq tədbir görülməsi üçün Ucar RPŞ DYPB-yə gətirilib. Burada aparılan araşdırma zamanı cəmiyyətə açıqca hörmətsizlik edərək kobud qayda pozuntularına yol verən sürücünün – Hicayət Həsənovanın oğlu Cabir Həsənovun həmin avtomaşını həm də etibarnamə olmadan idarə etdiyi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 3 maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib”. 

Nazirlikdən vurğulayıblar ki, Hicayət Həsənova polislər deyil, özü xəsarət yetirib: "Bölmədə protokol tərtib olunan zaman Hicayət Həsənovanın səsini qaldıraraq, əsassız yerə hay-küy salaraq DYPB-yə qəfil daxil olub, burada hədsiz emosional, idarəolunmaz davranış sərgiləyərək oğlu C.Həsənov barəsində qanuni tədbir görülməməsini yüksək tonla tələb etməsi, əks təqdirdə özünə xəsarət yetirərək məsuliyyəti polisin üzərinə atacağını bildirməklə açıq şantaja keçməsi, asayiş keşikçilərini hədələməsi, bu da azmış kimi üz, baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsi, saçını yolaraq özünə xəsarət yetirməyə çalışması əməkdaşlara çətin anlar yaşatsa da onlar adıçəkilən xanımı sakitləşdirə, hadisəni sənədləşdirə biliblər. 

Məlumat üçün bildiririk ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən, buna görə rayon mərkəzi xəstəxanasının müvafiq şöbəsində qeydiyyatda olan H.Həsənovanın qanunsuz hərəkətləri videokameralar vasitəsilə qeydə alınıb, bununla bağlı RPŞ-də toplanılmış materiallar baxılaraq müvafiq hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib”. 
Загрузка...
Загрузка...

Xəbər lenti