Загрузка...

''Polis onların hər ikisini qol-boyun edərək şöbəyə gətirib''

''Polis onların hər ikisini qol-boyun edərək şöbəyə gətirib''
Загрузка...
Ucar rayonunda bardan çıxan sərxoş gənclərlə polis əməkdaşları arasında baş vermiş insidentə Daxili İşlər Nazirliyi aydınlıq gətirib. Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Criminal.az saytına açıqlamasında Ucarda hadisənin olmasını təsdiqləsə də, polisin döyülməsini inkar edib. Nazirlik rəsmisinin sözlərinə görə, axşam saatlarında sərxoş vəziyətdə olan iki gənc ictimai asayişi pozduğuna görə polis əməkdaşları onları intizama dəvət edib: ''Onlar polisin qanuni tələblərinə tabe olmaq istəməyiblər. Bundan sonra polis onların hər ikisini qol-boyun edərək şöbəyə gətirib. Xırda xuliqanlıq etməkdə günahlandırılan gənclərin hər biri 80 manat cərimə olunaraq sərbəst buraxılıblar. Burda polisi döymək, xəsarət yetirmək halı yoxdur və ola da bilməz. Çünki saxlanılan iki sərxoşun 10-u da olsaydı, polislərin birinə çırtma vura bilməzdilər. Ona görə də müqavimtlə, tabesizlik göstərmə ilə, döyməni qarışdırmaq olmaz''.
Criminal.az saytına daxil olan məlumatda isə iddia olunurdu ki, iki gənc Əhməd Vahid oğlu Xancanov, Laçın Əliisa oğlu Əhmədov rayon ərazisində yerləşən ''Citiclub'' barından sərxoş vəziyətdə çıxaraq səs-küy salıblar. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları Əli izzətəli oğlu Əlizadə və Mürvət Rəhiməli oğlu Əliyev onlara yaxınlaşaraq sakitləşmələrini tələb ediblər. Sərxoş gənclərə polisin göstərişi xoş gəlməyib və onlar polisləri vurublar. İşi araşdıran Ucar rayon Polis Şöbəsinin müstəntiqi Nadir Qədirov isə Criminal.az saytına açıqlama verməyərək bütün sualları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanlamağı məsləhət görmüşdü.

Загрузка...
Загрузка...

Xəbər lenti