Polis əməkdaşı qəza törətdi

Polis əməkdaşı qəza törətdi
Загрузка...
Füzuli rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report” xəbər verir ki, 1994-cü il təvəllüdlü Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva" markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb. Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
E.Əsgərzadə Tərtər rayon Polis şöbəsinin əməkdaşıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti