Pensiya yaşına çatmış Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edildi

Pensiya yaşına çatmış Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edildi
Загрузка...
Prezidentin imzaladığı layihə parlamentdə təsdiqləndi 2005-ci ildən Ali Məhkəmənin sədri olan Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyevin imzası daxil olan layihəni Milli Məclis fevralın 13-də keçirilən iclasında təsdiqləyib.
Ramiz Rzayev 1953-cü il təvəllüddür. O, pensiya yaşına çatsa da, Məhkəmə Hüquq Şurası onun səlahiyyət müddətinin artırılması ilə bağlı təqdimat verib. "Məhkəmə Hüquq Şurası”nın keçid müddəalarına əsasən, bu qurum hakimlərin səlahiyyət müddətinin 70 yaşınadək artırılması ilə bağlı təqdimat verə bilər.
Deputatların səsverməsi ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin olunub. R.Rzayev 2000-2005-ci illərdə isə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub. Parlamentdə Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin Hərbi Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı layihə də təsdiqlənib.
Загрузка...
Загрузка...

Xəbər lenti