Загрузка...

Pəncərədən evə soxulub qadına hücum etdi

Pəncərədən evə soxulub qadına hücum etdi
Загрузка...
Abşeron rayonunda quldurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Ceyranbatan qəsəbəsi Nərimanov küçəsində naməlum şəxs gecə saat 01 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə soxulub. Qadının evdə tək olmasından istifadə edən həmin şəxs ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və qadına hücum edib.
O, zor tətbiq etməklə K.Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıb. Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən naməlum şəxs mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə iş başlanılıb, araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti