“Palmali”nin gəmi yalanı üzə çıxdı

“Palmali”nin gəmi yalanı üzə çıxdı
Загрузка...
"PAL SHIPPING TRADER THREE” şirkətinin mülkiyyətində olan "Ağsu” tankerinin Danimarkanın Kalundborq limanında müfəttişlər tərəfindən saxlanılması barədə xəbəri Azərbaycan mətbuatında geniş yar alıb.
Oxu.Az-ın məlumatına görə, bundan sonra şirkət rəsmiləri bu xəbəri yayan "Dəniz Xəbər Agentliyi”ni yalan informasiya yaymaqda ittiham ediblər. Hətta Azərbaycan mətbuatına açıqlama verən "Palmali” Şirkətlər Qrupunun rəsmiləri "Dəniz Xəbər Agentliyi”ni onlar barədə sifarişli xəbər yazmaqda və agentliyin səhmlərinin 50 faizinin azərbaycanlı iş adamına beş milyon dollara satıldığını iddia ediblər.
"Palmali”nin gəmisi Danimarkada 16 gün həbsdə qalıb 19 yanvarda "Dəniz Xəbər Agentliyi” "PAL SHIPPING TRADER THREE” şirkətinin mülkiyyətində olan "Ağsu” tankeri Danimarkanın Kalundborq limanında saxlanıldı” başlığı ilə yaydığı xəbərdə bildirirdi ki, 2008-ci il istehsalı olan "Ağsu” tankerində danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalar başlanıb və gəmi nəzarətə götürülüb.
"Ağsu” tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb. Bu xəbərin Azərbaycan mediasında geniş yayılmasından sonra "Palmali Rostov” şirkətinin rəhbərliyi gəminin Rusiya bayrağı altında üzdüyünə görə qəsdən yoxlanıldığını bildirib. Şirkətin bu açıqlamasından sonra "Dəniz Xəbər Agentliyi” Danimarkanın Kalundborq limanının müfəttişlərinə sorğu göndərib.
Sorğuda "Ağsu” tankerinin Rusiya bayrağı altında üzdüyünə görə həbs edilməsi məsələsinə aydınlıq gətirilməsi xahiş olunub. "Statoil Kalundborq” limanından "Dəniz Xəbər Agentliyi”nin sorğusuna cavab məktubu göndərilib. Məktubda deyilir: "Ağsu” tankerinin Rusiya bayrağı altında üzdüyünə görə həbs edilməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır. Tanker aşkarlanmış texniki nasazlığa görə saxlanılıb. Gəmi heyəti tərəfindən bu nasazlıqlar gec aradan qaldırıldığına görə 16 gün müddətinə limandan çıxmasına icazə verilməyib”.
Загрузка...
Загрузка...

Xəbər lenti