''Oğluma hərbi xidmətdə zülm veriblər'' - ƏSGƏR ATASI İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ

''Oğluma hərbi xidmətdə zülm veriblər'' - ƏSGƏR ATASI İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ
Загрузка...
 Özünə qəsd etdiyi deyilən əsgərin atası ölkə başçısına müraciət etdi
"Gizirlə baş çavuşun əlindən uşağım özünə qəsd edib, əlini vurub sındırıb”. Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində xidmət edən Mirbala Qasımzadənin atası Vüqar Qasımovun sözləridir.
 
Ata oğlunu iyulun 15-də sağ-salamat hərbi xidmətə yolladığını, ancaq hazırda oğlunun əlilliklə üz-üzə olduğunu söyləyir: "Mirbala hərbi xidmətdən öncə bütün müayinələrdən keçib. Heç bir problem yox idi. Özünə nəsə edəcək uşaq da deyil, səbrlidir. Görün, onu nə həddə çatdırıblar ki, özünə zərər verib. Anasını, atasını üzünə qarşı söyüblər, uşağı təhqir ediblər”.
 
V.Qasımov deyir ki, oğlu hərbi xidmətə gedəndən ilk 6 ay hər şey qaydasında olub: "Ən azı, bizə şikayət etməyib. Bu yaxınlarda anasına açıb danışıb ki, bəs məni incidirlər. Uşaq 8 saatlıq xidmətdən dönəndən sonra gizir və baş çavuş onu yuxudan oyadıb hərbi hissəni təmizlədiblər. O, yorğun olduğunu deyəndə də, anasını və məni söyüblər. Uşaq da gedib leytenanta şikayət edib. Bu zaman həmin 2 nəfər gəlib onu leytenantın önündə də təhqir edib, söyüblər. O da dözməyib, əlini vurub sındırıb”.
 
Ata bildirir ki, bununla da oğlunun başına gələnlər bitməyib. Əlini sarğıya qoyublar, əyri bitişib: "Əməliyyat edilməlidir, etmirlər. Bir ara Bakıya gətirdilər. 10-15 gün burada yatdı, sonra "əməliyyat lazımdır, ancaq narkoz vermək olmaz” - deyib, yenidən Naxçıvana apardılar. Əlinə mil qoyulmalıdır, qoymurlar. Bu həftə isə öyrəndik ki, yenidən xidmət etdiyi hərbi hissəyə göndərilib. Bu insan sağalmayıb, qolu əyri bitişib, problem həll edilməyib, hərbi hissəyə necə göndərilə bilər axı?”
 
Valideynləri Mirbala Qasımzadənin başına gələnlərlə bağlı ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Naxçıvanın və Bakının hərbi prokurorluqlarına, Sərhəd Qoşunlarına müraciət ediblər: "Məlum oldu ki, Naxçıvan Hərbi Prokurorluğunda işə baxılmadan bağlanıb. Yoldaşım 5-ci gün gedəcək Naxçıvana. Hərbi prokurorun qəbulunda olmalıdır. Görək nə edə biləcəyik. Biz hərbi xidmətə sağ-salamat oğul göndərmişik. Onu bizə sağ-salamat qaytarsınlar. Biz zülmlə uşaq böyüdüb, əsgər göndərmişik. Vətənə qulluq etsin, demişik. Amma oradakı zabitlər, gizirlər görün uşaqları nə hala, nə vəziyyətə salırlar. Oğluma hərbi xidmətdə zülm veriblər”.
 
Məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Nazirlik Meydan TV-nin suallarını cavablandırmaqdan imtina edib. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən isə Meydan TV-yə onlarda bu barədə məlumat olmadığı bildirilib: "Bizə bu barədə hər hansı məlumat verilməyib”.
Загрузка...
Загрузка...

Xəbər lenti