Загрузка...

Nazirdən gözlənilən qərar: yüksək vəzifəli məmurun qohumu “vuruldu”

Nazirdən gözlənilən qərar: yüksək vəzifəli məmurun qohumu “vuruldu”
Загрузка...
MTN (Milli Təhküləsiz Nazirliyində) məlum hadisələrdən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sıçrayan od hələ sönmək bilmir. Nazir dəyişsə, də MTN ştatdankənar işçiləri təmizlənsə də, proses hələ davam edir. Nəqliyyat Nazirliyinin ləğv edilib Rabitə Nazirliyinə birləşidirilməsi isə işləri bir qədər də artırıb. Əlavə ştatlar yaradılıb, kimlərsə yeni təyinat alır, kimlərəsə qapı göstərilir, bəzilərinə isə formal vəzifələr verilir.
İltimas Məmmədov
Bu yaxınlarda nazirlikdə daha bir təyinat gerçəkləşib. Nazri müavini İltimas Məmmədovun gedişindən sonra ona yaxınlığı ilə seçilən Elyar Temirovun vəzifəsi endirilib. Tənzimlənmə şöbəsinin müdiri vəzifəsində işləyən E.Teymurov işdən azad edilərək həmin şöbənin müdir mavini vəzifəsinə təyin edilib. Yəni nazir cənab Teymurovun vəzifəsini bir pillə aşağı salıb.
Görünən odur ki, nazirlikdə keçmiş nazir müavinin kadrlarının "vurulması” prosesi başlanıb. E.Teymurov həm də Meliorasiya və Su Təsərüffatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşının kürəkənidir. 
Əhməd Əhmədzadə

Загрузка...
Загрузка...

Xəbər lenti