"Narkomanam, dərmanlar verdilər, nə dedilər, yazdım"- silsilə cinayətlərdə ittiham edilən şəxs

Загрузка...
 Soyğunçuluqda və adam öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, məhkəmədə narkoman olduğunu və istintaq dövründə dediklərini tam olaraq xatırlamadığını söyləyib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Hacıyev Ramin Ramiz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid ifadə verib. Zərərçəkmiş Kifayət Qəmbərova ifadəsində bildirib ki, özünə məxsus telefon oğlundan oğurlanıb.
"Ötən ilin avqust ayı idi. Oğlum həyətə düşəndə dedi ki, ana telefonunu da ver. Oyun oynayacaqdılar. Məgəllədəki oyun kulubunda idilər. Elə bir saat keçmədi ki, oğlum oyun klubundan başqa telefondan zəng elədi ki, telefonunu oğurlayıblar. 1400 manat dəyərində "İphone 6" markalı telefon idi. Oğlumun 12 yaşı var idi. Bizim həyətdə bir neçə dəfə saqqalı şəxs görmüşdük. Biz onu Namiq kimi tanıyırdıq. Mən ondan şübhələnirdim. Həyətimizdə çox olurdu. Mən şikayət yazanda həmin şəxsi tanımırdım, adını da yazmamışam. İndi bu şəxsi görürəm, amma saqqalı yoxdur. Bir az oxşadıram. Həmin vaxt olan saqqallı şəklini görsəm, tanıyaram"- deyə zərərçəkmiş bildirib.
Təqsirləndirilən Ramin Hacıyev zərərçəkmişin oğlundan telefon almadığını deyib. Amma hakim bildirib ki, Ramin həmin cinayəti istintaq zamanı boynuna alıb. R.Hacıyev istintaqda bunu etiraf etməsinin səbəbini belə izah edib: "Mənə dedilər ki, sənə yüngül işlər verəcəyik. Ona görə mən də razılaşdım. Mənə 29.120-ci- adam öldürmə cəhd ilə yox, 126.1-lə- qəsdən sağlamlığa ağır zərər vurma ilə ittiham verəcəklərini dedilər. Mən də işim yüngülləşsin deyə bu cinayəri də boynuma götürdüm".
Hakim sual verib ki, başqa bir cinayətinin, adam öldürməyə cəhdin bu işlə əlaqəsi nədir? R.Hacıyev isə təkrarən etni izahı verib və ağır maddələrlə ittiham edilməmək üçün bu soyğunçuluğu qəbul etdiyini söyləyib və əlavə edib: "Mən narkomanam. İstintaqda narkotik tərkibli dərmanlar istəyirdim verirdilər. Dərmandana atıb, nə dedilərsə yazırdım. Amma soyğunçuluğu mən etməmişəm. Bu zərərçəkmişdən əvvəl də iki nəfər gəldi. Onlar da məni tanımadı. Etsəydim etiraf edərdim".
Zərərçəkmiş Kifayət Qəmbərova deyib ki, ona dəymiş zərər ödənilməyib. O şikayətçi olduğunu desə də bu cinayəti törədən şəxsin kim olduğunu bilmədiyini bir daha xtrırladıb: "Mən istəmərəm ki, kimsə cavan yaşında həbsə düşsün. Amma mənim 12 yaşlı oğlum elə bir qorxu, həyəcan yaşayıb. Mən bunu qəbul edə bilmirəm". R.Hacıyev zərərçəkmişə bildirib ki, onun telefonunu oğurlamayıb.
Təqsirləndirilən şəxs hər kəsi təəccübləndirən bir iddia da səsləndirib. O deyib ki, istintaqda ona 250 manat təklif edilib və buna görə də həmin cinayəti qəbul edib. Hakim isə bunu özünümüdafiə kimi qiymətləndirib və qeyd edib ki, təqsirləndirilən şəxs daha əvvəl də məhkumluq həyatı yaşayıb və həmçinin o, istintaqda dindirilən zaman vəkili olub və onun yanında da əməllərini etiraf edib.
Məlum olub ki, Ramin Hacıyev digər Cinayər əməlini öz tanışına qarşı törədib. Daxili İşlər Nazirliyinin məlumata görə, hadisə ötən il avqustun 13-də Nərimanov rayonu ərazisində baş verib. Kirayədə yaşayan Mingəçevir şəhər sakini Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib. Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib. Kirayədə qaldığı tanışımı döydüyü üçün isə ona 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə şahid Vüqar Hacıyev də ifadə verib. O, taksi sürücüsü olduğunu və bir dəfə R.Hacıyevin onun maşınına mindiyini deyib. Şahid digər epizodlarla bağlı xəbərsiz olduğunu söyləyib.
Загрузка...
Загрузка...

Xəbər lenti