Müdafiə naziri Ermənistana xəbərdarlıq edib Müdafiə naziri Ermənistana xəbərdarlıq edib

Müdafiə naziri Ermənistana xəbərdarlıq edib
Загрузка...
"Düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ermənistanın yeni baş nazirinin münaqişə ilə bağlı bəyanatına belə münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Zakir Həsənov mayın 12-də müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirdiyi xidməti müşavirədə Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən bəyanatla çıxış edib. "Nazir cəbhədəki mövcud vəziyyəti geniş təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib”, mətbuat xidmətinin məlumatında qeyd edilir.
Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan mayın 9-da Dağlıq Qarabağa səfər edib, Xankəndi və Şuşa şəhərlərində olub. N.Paşinyan Dağlıq Qarabağ danışıqlarda tərəf kimi tanınmasa sülh razılaşmasının mümkün olmayacağını bildirib. 
Загрузка...
Загрузка...

Xəbər lenti