Mingəçevirdə nəvə marketdə 76 yaşlı nənəsini döydü

Mingəçevirdə nəvə marketdə 76 yaşlı nənəsini döydü
Загрузка...
Mingəçevir şəhərində nəvə münaqişə zəminində nənəsinə xəsarət yetirib.
"Report” xəbər verir ki, hadisə şəhərin iri marketlərindən birində baş verib. 1942-ci il təvəllüdlü şəhər sakini Zeynalova Vəsilə İsmayıl qızı mübahisə və münaqişə zəminində təqribən 30- 35 yaşlı nəvəsi Cavidan tərəfindən döyülərək xəsarət alıb. Onun qadının əllərini dişlədiyi də bildirilir. Nəticədə yaşlı qadın hər iki qol saidindən müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı öncə yaşdığı Şəfəq küçəsi, 43 ünvanına aparılıb. Daha sonra ora çağırılan tibbi yardım briqadası nənəyə yerindəcə gərəkli tibbi yardım göstərib.
Faktla bağlı araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti