Загрузка...

Meyxanaçının intihar səbəbi məlum olub - ''Deyirlər ki, şahı söyə-söyə dil-dil ötürmüşəm...''

Meyxanaçının intihar səbəbi məlum olub - ''Deyirlər ki, şahı söyə-söyə dil-dil ötürmüşəm...''
Загрузка...

Xəbər verdiyimiz kimi, bu gün Neftçala rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Neftçala şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseynov Şaban Gülmirzə oğlu özünü yaşadığı evin yaxınlığında yandıraraq intihar edib. Yeni salınan məhəllədə üstünə benzin tökən Şaban Hüseynov hadisə yerindəcə keçinib.

Ətrafda kimsə olmadığından onun özünü yandırmasını heç kim görməyib. Bir qədər sonra küçədən keçənlər Şabanın yanmış meyitini tapıb. Bildirilir ki, Şaban Hüseynov əslən rayonun Bankə qəsəbəsindəndir. O, bir müddət əvvəl həyat yoldaşından boşanıb.

Meyxanaçı kimi tanınan Şaban Hüseynov psixi xəstəliyinə görə dəfələrlə müalicə olunub. Faktla bağlı cinayət işi başlanılıb.

Загрузка...
Загрузка...

Xəbər lenti