Загрузка...

"Mənə borcu var idi, arvadını təklif etdi" - MƏHKƏMƏDƏ ŞOK İFADƏ

Загрузка...
Qaynını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. S.Abıyev özünü elan edilən ittihamla təqsirli bilib: "Milyon faiz günahkaram".
Məlum olub ki, S.Abıyev qətlə yetirdiyi şəxslə xaloğlu olublar. Həm də mərhum onun qaynı imiş. Hadisənin təfərrüatını danışmadan əvvəl S.Abıyev mərhumun atasının zaldan çıxmasını xahiş edib. O deyib ki, baş verənləri onun yanında danışmaq istəmir. Amma məhkəmə onun bu istəyini rədd edib. Təqsirləndirilən şəxs Amin Bayramovu öldürməsinin səbəbini belə danışıb: "Mənə borcu var idi. Söhbət edəndə dedi ki, "arvadımdan xoşun gəlir?". Mən də bunu başa saldım ki, ayıbdır, bu yaxşı hərəkət, danışıq deyil. Onu başa saldım. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım".
S.Abıyev mərhuma bıçaq zərbələri də vurması ilə razılaşmayıb: "Mən ona dəmirlə üç dəfə vurmuşam. Hərəkətsiz qaldı. Həyətdə qazılmış yer var idi. Ora atıb basdırdım. Telefonunu da götürdüm ki, zəng gəlməsin".
O əlavə edib ki, evdə nəzarət kameraları var və orada da mərhuma bıçaq vurmadığı görünür. Məhkəmədə məlum olub ki, Seymur Abıyev mərhumun təklifindən sonra onun arvadına zəng edib. Amma o, məhkəmədə bunu inkar edib. Məlum olub ki, S.Abıyev Amin Bayramovun xanımına zəng edərək ondan xoşu gəldiyni deyib. Amma S.Abıyev məhkəmədə bunun doğru olmadığını söyləyib. Məhkəmədə mərhumun xanımı da ifadə verib. Qadın deyib ki, hadisədən 2 ay əvvəl Seymur Abıyev ona zəng edib. Suallara cavab verən şahid Seymur Abıyevin onunla qohum kimi zəng edib danışdığını söyləyib.
Şahid S.Abıyevin ona yaxın münasibətdə olmağı təklif etmədiyini deyib. Amma məlum olub ki, şahid yalan danışır. Çünki o, istintaqa ifadəsində S.Abıyevin ona zəng edərək görüşmək istədiyini, yaxın münasibətdə olmaq istədiyini deyib. Şahid məhkəmənin xəbərdarlığından sonra doğru danışacağını, amma mərhumun atasından utandığını deyib. Mərhumun atası zaldan çıxmaq təklifi ilə razılaşıb. Daha sonra qətlə yetirilən Amin Bayramovun xanımı S.Abıyevin qətlin səbəbi kimi dediklərinin yalan olduğunu söyləyib.
O bildirib ki, yoldaşı onu S.Abıyevə borc qarşılığında təklif etməyib. Suallara cavab verən şahid S.Abıyevin ona bir neçə dəfə münasibətdə olmağı təklif etdiyini, lakin bunu həyat yoldaşına söyləmədiyini deyib. Qadın bu hərəkətinin səbəbini belə izad edib ki, onlar arasında dava düşəcəyindən qorxub. Şahid S.Abıyevin ona zəng etməsi barədə yalnız öz anasına xəbər verdiyini qeyd edib.
Qeyd edək ki, rəsmi məlumata görə Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib. Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.
A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib. S.Abıyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz olan afamı öldürmə) maddələri ilə təqsirli bilinir.
Загрузка...
Загрузка...

Xəbər lenti