Məmur və ailəsinin ölümünə görə 'Azəriqaz'a 1 milyon 200 minlik cəza

08 Yanvar 2018, 11:07
08 Yanvar
2018
11:07
169
Загрузка...
2016-cı ilin oktyabrında Bakının Hökməli qəsəbəsində baş vermiş partlayış nəticəsində dörd nəfərlik ailənin yalnız bir üzvü sağ qaldı – 12-yaşlı Leyla Qurbanlı. Xeyli vaxtdır ki, o, qanuni nümayəndəsi vasitəsiylə məhkəmədə «Azəriqaz» rəhbərliyi ilə çəkişir. Valideynləri və azyaşlı bacısının ölümünə, yaşadıqları evin dağılmasına və özünün müalicəsinə sərf olunmuş xərclərə görə kompensasiya tələb edir.
Bu faciə «Azəravtoyol» ASC-nin Aparat rəhbəri, 44 yaşlı Müşfiq Qurbanovun ailəsində yaşanıb.
Səhərə yaxın, saat 5 radələrində baş vermiş partlayışda M.Qurbanovun 3-yaşlı qızı Banıçiçək elə evdə dünyasını dəyişib. Mərhum Aparat rəhbərinin özünü, 44 yaşlı həyat yoldaşı Şəbruz Novruzovanı və o biri qızı Leylanı isə Respublika Yanıq Mərkəzinə çatdırıblar. Amma onlardan yalnız Leylanın həyatını xilas etmək mümkün olub. Ş.Novruzova cərrah olub, həm də Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışırmış.
Üç il həbs...
Bu hadisədən sonra CM-nin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. «Azəriqaz»ın Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayon Texniki İstismar xidmətinin baş mühəndisi Pənah Nəzərov cinayət məsuliyyətinə cəlb olunub. O, 2015-ci ildə tərtib etdiyi texniki baxış qrafikində və digər sənədlərdə sızma olan qaz kəmərinə baxış, təmir işləri ilə bağlı tədbirlər görməməkdə günahlandırılıb.
48 yaşlı Nəzərov özünü təqsirli bilməsə də, məhkəmə fərqli nəticəyə gəlib. O, Abşeron Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. P.Nəzərova da eyni cəza rejimi verilib. Zərərçəkmiş qismində 12-yaşlı L.Qurbanlı tanınıb. O, yetkinlik yaşına çatmadığından məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib. Qanuni nümayəndə isə xalası Gülnar Novruzova olub. Novruzova məhkəmədə həm də «Azəriqaz»a qarşı 1 milyon 229 min manatlıq mülki iddia qaldırıb. Bu məbləğin 729 min manatı ikimərtəbəli evin içindəki əşyalarla birlikdə məhv olması, Leylanın müalicəsinə görə hesablanmış maddi ziyan, 500 mini isə bacısının və onun ailə üzvlərinin ölümünə görə mənəvi ziyanın əvəzi kimi istənilib. Məhkəmə mülki iddianı da təmin edib, «Azəriqaz» İB-nin üzərinə tələb olunan məbləği zərərçəkmiş tərəfə ödəmək öhdəliyi qoyub.
«Azəriqaz» narazıdır
Abşeron Rayon Məhkəməsinin hökmü «Azəriqaz»ı da, onun işçisini də narazı salıb. 1 milyon 229 minlik ödəmə öhdəliyinə etiraz edən «Azəriqaz» da, özünü təqsirsiz bilib bəraət istəyən işçisi P.Nəzərov da apellyasiya şikayəti verib. Bu dəfə işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. «Azəriqaz»ın nümayəndəsi Əlibaba Rzayev hesab edir ki, hökmün mülki iddianın təmin olunması hissəsi ləğv edilməlidir.
Onun sözlərinə görə, hadisə baş verən ev və içindəki əşyaların dəyəri ilə bağlı keçirilmiş tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərində qiymətlər şişirdilib, rəqəmlər yalnız qarşı tərəfin söylədikləri əsasında hesablanıb.
Vəkil məhkəməni həm də «Azəriqaz»ın maliyyə durumunu nəzərə almamaqda qınayıb. Ə.Rzayev bildirib ki, «Azəriqaz» dövlət büdcəsindən maliyyələşən müəssisədir, məhkəmənin müəyyənləşdirdiyi məbləğin ödənilməsi bu qurumun normal fəaliyyətinə çox pis təsir göstərəcək: «Mənəvi zərərin əvəzinin 500 min manat müəyyənləşdirilməsi də ağlabatan deyil».
Zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib. G.Novruzova şikayətində mənəvi ziyana görə təzminatın 500 min yox, 1 milyon müəyyənləşdirilməsini, həmçinin P.Nəzərovla yanaşı, «Azəriqaz»ın digər vəzifəli şəxslərinin də cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi qərar çıxarılmasını istəyib. Sumqayıt Apellyasiya Məhkəməsi tərəflərdən heç birinin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə qalıb.
Загрузка...
Xəbər lenti
-
17:08Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)
-
17:00Baş nazirə yeni müavin təyin olundu
-
16:57İki gənc idmançı dənizdə itkin düşüb - Fotolar
-
16:37Qızları zorladığı iddia edilən "falçı Mirseymur"la bağlı yeni iddia- sevgi, xəyanət, intiqam? VİDEO
-
12:54Suriyada Rusiya telekanalının müxbiri güllələnib
-
12:51Bakıda maskalı şəxslər evə basqın etdi
-
12:48Azərbaycanın yeni baş naziri kimdir? - DOSYE
-
12:44Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu
-
12:41Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi
-
11:59Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb
-
11:52Zahid Oruc yeni baş naziri açıqladı: Novruz Məmmədov!
-
11:43Meksikada Avroliqanın kuboku oğurlandı
-
11:30Tanışını toyda bıçaqlayana hökm oxunub
-
11:28Üç yaşlı uşaq hamilə anasını güllələdi
-
10:33Azərbaycanın yeni baş naziri və müavinləri müəyyənləşir - SURPRİZ ADLAR
-
01:25Bakıda altı yaşlı qıza qarşı valideynlərindən iyrənc əməl – VİDEO
-
01:12Hacıbala Abutalıbov istefa verdi – SON DƏQİQƏ
-
23:15Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba beş nəfərin həyatına son qoyub
-
22:09Əliyev bu Dövlət Komitəsini ləğv etdi
-
21:42Prokuror məşqçiyə 8 il iş istədi
-
21:04Vəkil: 4 uşaq anası ''Bandotdel''də saxlanılır
-
20:28Ağdamlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər - Əllərindən öpürmüşlər...
-
20:09“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü
-
20:02Oğlan uşaqları ilə pul qarşılığında görüşmək istəyən 72 yaşlı manyak – VİDEO
-
19:5546 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı
-
19:45Baş həkim icra başçısının müavini təyin edildi
-
19:25ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ VERİLDİ - 100 min manat tələb olunur
-
16:56"Dedi ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma..." - SOCAR-ın idarə rəisinin qardaşı oğlu qisasından danışır
-
16:31"4 ildir arvadını sevirəm" deyib, qardaşını öldürdü - FOTO
-
16:24“Qaçırdığı qızı əlindən aldılar” – İntihar edən gənclə bağlı TƏFƏRRÜAT
-
16:15Hüquq müdafiəçisi məhkəməyə aparıla bilər - CİNAYƏT İŞİ BAŞLANIR
-
15:07Eldar Mahmudovun 3 generalına hökm oxunacaq: TARİX BƏLLİ OLDU
-
14:56“O kişi Şəbnəmin əri deyil…” – FOTO
-
14:48''Kimi dindirsəniz, deyəcək ki, keçmiş Xraxoba kəndi Elçin Quliyevin şəxsi mülküdür''
-
13:54Gözəl Bayramlı həbsdən buraxılmadı
-
13:10Azərbaycanda polis əməkdaşına ağlasığmaz ittiham: ölmüş sürücülərdən pul qazanır – FOTO
-
13:01''Qarşıma seçim qoyulmuşdu, ya övladlarımı qurban verməli idim, ya...''- Gülər Əhmədovadan sensasion müsahibə
-
12:42Çörək belə ala bilməyə 2 uşaq atası: “Nazirlikdə mənə dedilər ki, get özünü yandır” – VİDEO
-
12:21Polis rəisi vətəndaşı məhkəməyə verdi
-
12:18"Sözümü deyib, özümü öldürəcəm"- AzTV rəhbərinə sui-qəsd işində yeni məlumatlar
20 Aprel 2018
Digər xəbərlər
-
Məhkəmə
Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi
-
Məhkəmə
Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb
-
Məhkəmə
Tanışını toyda bıçaqlayana hökm oxunub
-
Məhkəmə
Prokuror məşqçiyə 8 il iş istədi
-
Məhkəmə
“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü
-
Məhkəmə
ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ VERİLDİ - 100 min manat tələb olunur
-
Manşet, Məhkəmə
"Dedi ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma..." - SOCAR-ın idarə rəisinin qardaşı oğlu qisasından danışır
-
Məhkəmə
Eldar Mahmudovun 3 generalına hökm oxunacaq: TARİX BƏLLİ OLDU
-
Məhkəmə
Gözəl Bayramlı həbsdən buraxılmadı