Məktəblərdə uşaq oğurladığı deyilən kişi - VİDEO

Məktəblərdə uşaq oğurladığı deyilən kişi - VİDEO
Загрузка...
Facebook, eləcə də Whatsapp sosial şəbəkələrində məktəblərdən uşaq oğurladığı iddia edilən naməlum kişinin videogörüntüləri yayılıb. İstifadəçilərdən bu şəxsi görənlərdən, tanıyanlardan polisə məlumat vermələri xahiş olunur. Modern.az saytı Sumqayıtda qeydə alındığı ehtimal edilən görüntülərlə bağlı rəsmi qurumlara müraciət edib. 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə sorğuya cavab olaraq deyib ki, yayılan məlumatlar əsassızdır və əhalidə panika, çaşqınlıq yaratmaq məqsədi güdür: "Nəinki Sumqayıtda, ümumilikdə respublikanın heç bir bölgəsində, şəhərində nəinki orta məktəblərdə, heç bir yerdə adam oğurluğu qeydə alınmayıb. Görüntülərin ictimaləşməsindən sonra videonun çəkildiyi ehtimal edilən həmin orta məktəbin direktoru Sumqayıt Polis İdarəsinə dəvət olunub. Direktor izahatında rəhbəri olduğu məktəbdə bu cür halın baş vermədiyini, yayılan məlumatların şayiə olduğunu bildirib. O.Mansurzadə vətəndaşları ayıq-sayıq olmağa, bu cür təxribatlara uymamağa çağırıb: "Vətəndaşlardan qarşılaşdıqları, yaxud üzləşdikləri hər bir qanun pozuntusu, kriminal hadisə barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də aidiyyatı üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, videogörünütülərdən xəbərdardır: "Hazırda hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar aparılır. Yekun məlumat veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl də orta məktəbin həyətində məktəblilərə narkotik tərkibli konfet verildiyi iddia edilən səsyazısı yayılmışdı. Rəsmi qurumların araşdırmalarından sonra həmin səsyazsının əsassız olduğu müəyyən edilmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti