Загрузка...

Məktəbdə intim videosu yayılan şagird general nəvəsidir – VİDEO

Məktəbdə intim videosu yayılan şagird general nəvəsidir – VİDEO
Загрузка...
Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdi ilə 7-ci sinif şagirdinin intim videosu yayılıb. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Haqqın.az videodakı 11-ci sinif şagirdinin sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğunu bildirib. Ancaq Dadaş Rzayevin xanımı Ayişə Rzayeva bunu təkzib edib: ” Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil.”
"AzPolitika.info” dəqiqləşdirib ki, videodakı 11-ci sinif şagirdi R.C. sabiq müdafiə nazirinin deyil, müdafiə nazirinin sabiq müavinin nəvəsidir. Daha dəqiqi, Dadaş Rzayevin deyil, müdafiə nazirinin sabiq müavini, mərhum general-mayor Zaur Rzayevin nəvəsidir.
Загрузка...
Загрузка...

Xəbər lenti