Məhkəmə hakimi və ATV-nin prezidentinin maşınına partlayıcı qoymaqda günahlandırıldı, indi isə Hərbi Prokurorluğu məhkəməyə gətirdir

Məhkəmə hakimi və  ATV-nin prezidentinin maşınına partlayıcı qoymaqda günahlandırıldı, indi isə Hərbi Prokurorluğu məhkəməyə gətirdir
Загрузка...
Aprel ayının 5-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçmiş hərbi prokurorluq işçisi olmuş Pirəli Orucovun pensiya təminatı ilə bağlı məhkəmə prosesi keçiriləcək. Criminal.az saytı xəbər verir ki, hakim Şərafət Məmmədovanın sədrlik etdiyi məhkəmə prosesində cavabdeh tərəf kimi Hərbi Prokurorluq çıxış edəcək.
Xatırladaq ki, iddiaçı P.Orucov Müsavat Partiyasının üzvü və prokurorluğun sabiq əməkdaşı olub. O, 2005-ci ilin iyununda Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürov və ATV-nin prezidenti Tağı İbrahimovun maşınına partlayıcı qurğu qoymağa göstəriş verməkdə günahlandırılaraq həbs edilmişdi.
Yayılmış rəsmi məlumata görə, tutulan A.N. partlayışın həyata keçirilməsi üçün hazırlıqlar görüldüyünü təsdiq edib və bildirib ki, bu əməlin arxasında dayanan şəxslər Azərbaycan Respublikasının daxili işlər və hərbi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 1994-cü ildən istefaya çıxmış polkovnik-leytenant, Müsavat Partiyası ilə yaxın əlaqəsi olan 1958-ci ildə anadan olmuş Bakı sakini Orucov Pirəli Məhərrəm oğlu və 1958-ci ildə anadan olmuş, Moskvada iş adamı kimi çalışan G.R.-dir. Pirəli Orucov müxalifətə yaxın olan şəxslər dairəsində radikallığına görə "diversant” ləqəbi ilə tanınan A.N.-i R.G. ilə tanış edib ki, bu əməli həyata keçirmək planının təfsilatlarını müzakirə etsinlər, beləliklə də onlar cinayətdə ortaq olublar. Onlar partlayışın həyata keçirilməsi üçün A.N.-ə çoxlu pul vəd ediblər və bir-biri ilə telefonla əlaqə saxlamamağı, təfsilatları yalnız şəxsi görüşlərində müzakirə etməyi qərara alıblar. Yuxarıda adı çəkilən şəxslər əvvəlcə Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürovun, bir neçə gün sonra isə müstəqil televiziya şirkəti ATV-nin sədrinin avtomobilini partlatmaq niyyətində olublar....
P.Orucovu sonda özgə əmlakını mənimsəmə maddəsi (CM-in 186-cı maddəsi) ilə həbs ediblər. O, həbsdə üç ildən az vaxt keçirib və 2007-ci ilin sonunda, azad edilməsinə 6 ay qalmış amnistiya ilə azad edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti