Загрузка...

Marko Rubio: Mən Azərbaycan hökümətini Əfqan Muxtarlıya qarşı irəli sürülən ittihamların qaldırmasına çağırıram

Marko Rubio: Mən Azərbaycan hökümətini Əfqan Muxtarlıya qarşı irəli sürülən ittihamların qaldırmasına çağırıram
Загрузка...

ABŞ senatoru Marko Rubio öz Twitter hesabı ilə jurnalist Əfqan Muxtarlıya qarşı irəli sürülən bütün ittihamların geri götürülməsinə çağırıb. O, Azərbaycanda jurnalistlər və ifadə azadlığına qarşı qəddar təqibin davam etdiyini bildirib. 

Marko Rubio ABŞ-ın Florida ştatının senatorudur. O, Senatın Beynəlxalq Əlaqələr, o cümlədən Demokratiya və İnsan Haqları komissiyalarının üzvüdür. Marko Rubio 2016-ci il prezident seçkilərində iştirak edən bir neçə respublikaçı namizəddən biri olub.

Marko

Jurnalist Əfqan Muxtarlı ötən may ayında müəmmalı şəkildə Gürcüstanın Tbilisi şəhərində oğurlanmış, sonradan Bakıda həbs olunmuş şəkildə üzə çıxmışdı. Onun dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb.

Əfqan
Əfqan Muxtarlı

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Noyabrın 30-u Balakən rayonunda Ə.Muxtarlının məhkəməsi başlayıb.

Marko
Загрузка...
Загрузка...

Xəbər lenti