Malta vətəndaşlığı almış Eldar Qəribov kimdir

2016-cı ildə Malta vətəndaşlığı almış 2 min 200 nəfər içində azərbaycanlı da var. Malta hökumətinin yanvarın 9-da açıqladığı siyahıda Eldar Mahmud oğlu Qəribovun adına rast gəlinir.
Bir neçə gün öncə "Lovin Malta” saytı yazırdı ki, 2016-cı ildə Fərdi İnvestor Proqramı (Individual Investor Programme - IIP) çərçivəsində Malta vətəndaşlığını almış şəxslərin siyahısından bəzi adları oxucularının köməyilə əldə edib. Sayt onu da qeyd edirdi ki, hökumət həmin şəxslərin kimliyini təsdiqləməyib deyə, onların adlarının Malta pasportu sahibləriylə sadəcə oxşar olması versiyası da var.
"Lovin Malta" 2016-cı ildə Malta vətəndaşlığını aldığı bildirilən azərbaycanlının ölkənin ən böyük banklarından olan Unibank-ın müşahidə şurasının sədri Eldar Qəribov olduğunu yazırdı. Ancaq AzadlıqRadiosu, hələlik, bununla bağlı bankdan açıqlama ala bilməyib.
Qeyd edək ki, ötən il açıqlanmış məlumata görə, "Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov bankın səhmlərinin 41,9%-nə nəzarət edir. Bankın Nizamnamə kapitalının 70% artırılmasından əvvəl bu göstərici 56,9% olub.
RUSİYA VƏ SƏUDİYYƏ İNVESTORLARI
Rusiyanın "Restavracia ” daşınmaz əmlak firmasının rəhbəri və administrativ meneceri Enver və Vasily Kuzmin-lər, Moskvada ən böyük tikinti şirkətlərindən olan "Stroyteks”in təsisçisi Vladimir Anatolievich Semenikhin də Malta vətəndaşlığı almış şəxslər sırasındadır.
Daha sonra siyahıda Rusiyanın böyük kibertəhlükəsizlik firması olan "Kaspersky Lab”ın həmtəsisçisi Alexey De-Monderik-in, Rusiyahnın Petroneft şirkətinin sədri Roman Evgenievich Trushev-in də adları çəkilir.
AzadlıqRadiosunun rus xidməti son 3 ildə onlarla rusiyalı biznesmenin Malta vətəndaşlığını əldə etdiyini, pulunu bu ölkənin iqtisadiyyatına yatırmağa razılaşdığını qeyd edir. Malta hökumətinin dərc etdiyi siyahıda Rusiyadan azı 730 tanınmış şəxsin adının olduğu vurğulanır.

Maltada Yeni il atəşfəşanlığı, 1 yanvar, 2018-ci il
Səudiyyənin media maqnatı, Yaxın Şərq Yayım Şirkətinin (MBC) yaradıcısı Sheikh Ibrahim Waleed Alibrahim-in, KPMG audit şirkətinin Səudiyyə filialının sədriAbdullah Al Fozan-ın, Səudiyyənin Zamil Group investisiya firmasının direktorları Adib, Fahad, Tawfiq və Waleed Abdullah Al-Hamad Al-Zamil-in də Malta vətəndaşlığı aldıqları qeyd edilir.
650 MİN AVRON VARSA...
Malta 2014-cü ilin yanvarından vətəndaşlığın satışına başlayıb. "İnvestisiya əvəzində Malta vətəndaşlığı” proqramını hökumət 2013-cü ilin noyabrında qəbul edib və Avropa Komissiyası da onu təsdiqləyib. Proqrama görə, Malta (eləcə də bu ölkənin 2004-cü ildən üzv olduğu Avropa Birliyi) vətəndaşlığını 650 min avroödəməklə almaq olar. Bu məbləğin 70 faizi Maltanın Milli İnkişaf və Sosial Siyasət Fonduna, qalanı isə birbaşa dövlət büdcəsinə gedir.
O zaman bir ildə ölkənin dövlət büdcəsinə 500 milyonluq gəlir gəldiyi qeyd olunurdu.
Xəbər lenti
-
01:02Tələbə yoldaşı olan yeni nazirlər
-
23:47Azərbaycanlı ata 5-ə qədər saya bilmədiyi üçün uşağına işgəncə verdi - FOTO
-
23:41Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? - DOSYE
-
20:42Bakının yeni başçısı olacaq ''Qızıl Zakir'' kimdir?
-
20:04Xanımı: 'Taleh Xasməmmədov təcridxanaya köçürülür'
-
19:28Bu da yeni nazirlər. İlham Əliyev sərəncam verdi - GEDƏNLƏR, GƏLƏNLƏR VƏ BOŞ KRESLOLAR
-
18:12"Qaçqınkom"a yeni sədr təyin olundu
-
17:58Azərbaycanda iki nazir vəzifəsini itirdi
-
17:52Yeni nazirlər təyin edildi: Nazirlər Kabinetinin tərkibi təsdiqləndi - SİYAHI
-
17:36''Sadəlövhcəsinə İlham Əliyevdən islahat gözləyənlər artıq sakitləşsin'' - Baş nazir təyinatına reaksiyalar
-
17:08Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)
-
17:00Baş nazirə yeni müavin təyin olundu
-
16:57İki gənc idmançı dənizdə itkin düşüb - Fotolar
-
16:37Qızları zorladığı iddia edilən "falçı Mirseymur"la bağlı yeni iddia- sevgi, xəyanət, intiqam? VİDEO
-
12:54Suriyada Rusiya telekanalının müxbiri güllələnib
-
12:51Bakıda maskalı şəxslər evə basqın etdi
-
12:48Azərbaycanın yeni baş naziri kimdir? - DOSYE
-
12:44Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu
-
12:41Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi
-
11:59Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb
-
11:52Zahid Oruc yeni baş naziri açıqladı: Novruz Məmmədov!
-
11:43Meksikada Avroliqanın kuboku oğurlandı
-
11:30Tanışını toyda bıçaqlayana hökm oxunub
-
11:28Üç yaşlı uşaq hamilə anasını güllələdi
-
10:33Azərbaycanın yeni baş naziri və müavinləri müəyyənləşir - SURPRİZ ADLAR
-
01:25Bakıda altı yaşlı qıza qarşı valideynlərindən iyrənc əməl – VİDEO
-
01:12Hacıbala Abutalıbov istefa verdi – SON DƏQİQƏ
-
23:15Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba beş nəfərin həyatına son qoyub
-
22:09Əliyev bu Dövlət Komitəsini ləğv etdi
-
21:42Prokuror məşqçiyə 8 il iş istədi
-
21:04Vəkil: 4 uşaq anası ''Bandotdel''də saxlanılır
-
20:28Ağdamlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər - Əllərindən öpürmüşlər...
-
20:09“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü
-
20:02Oğlan uşaqları ilə pul qarşılığında görüşmək istəyən 72 yaşlı manyak – VİDEO
-
19:5546 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı
-
19:45Baş həkim icra başçısının müavini təyin edildi
-
19:25ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ VERİLDİ - 100 min manat tələb olunur
-
16:56"Dedi ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma..." - SOCAR-ın idarə rəisinin qardaşı oğlu qisasından danışır
-
16:31"4 ildir arvadını sevirəm" deyib, qardaşını öldürdü - FOTO
-
16:24“Qaçırdığı qızı əlindən aldılar” – İntihar edən gənclə bağlı TƏFƏRRÜAT
Digər xəbərlər
-
Foto, Korrupsiya
Azərbaycanda polis əməkdaşına ağlasığmaz ittiham: ölmüş sürücülərdən pul qazanır – FOTO
-
Korrupsiya
Ziya Məmmədov pullarını ölkədən çıxarır
-
Korrupsiya
''Narkoloji Mərkəzdə tanınmışların övladlarına 12 min dollar dəyərində dərmanlar satılıb''
-
Korrupsiya
Vergilər Nazirliyində növbəti kütləvi ixtisar – Cabbarov müfəttişlərin “axırına çıxacaq”
-
Manşet, Korrupsiya
Ramiz Mehdiyevdən məmurlara mesaj: "Çemodanlarını hazırlasınlar"
-
Korrupsiya, Dünya
Ermənistan ordusunun yüksək rütbəli zabiti həbs olundu
-
Video, Korrupsiya
Seçkidə ''karuselə'' nəzarət edən direktor müavini - VİDEO
-
Korrupsiya
Qubad İbadoğlu: Yenidən devalvasiya riski ilə qarşılaşa bilərik
-
Korrupsiya
Bank müdiri müalicə üçün yığılan pulu da oğurlayıbmış