Загрузка...

Lənkəranskinin qisasını alacağını söz verən Şeyx Həmzətin güllələndikdən sonra ilk GÖRÜNTÜLƏRİ

Lənkəranskinin qisasını alacağını söz verən Şeyx Həmzətin güllələndikdən sonra ilk GÖRÜNTÜLƏRİ
Загрузка...
Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli, "Şeyx Həmzət” ləqəbli kriminal avtoritet Həmzət Qastəmirovun sui-qəsddən sonra ilk videosu yayılıb. Lotu Qulinin sifarişi ilə Şeyx Həmzətə qarşı sui-qəsd təşkil edilsə də, cəhd uğursuz alınıb. Nəticədə Həmzət Qastəmirov sol əlindən və qabırğasından yaralınıb. Bir müddət xəstəxanada müalicə alan avtoritet ayağa qalxıb və Almaniyadakı türk restoranlarından birində görüntülənib. Videodan onun vəziyyətinin yaxşı olduğu görünsə də, restoranda tək əyləşdiyi diqqətdən qaçmayıb.
Xatırladaq ki, Şeyx Həmzətə qarşı sui-qəsd cəhdi ötən ay baş tutub. Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, Lotu Qulinin yaxın adamı ətrafında olan şəxslərlə görüşüb və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığında ona Şeyx Həmzəti aradan götürmək təklif edilib. O isə bununla razılaşıb və yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib. Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi Şeyx və adamlarının gəldiyini görüblər və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar.
Atəş nəticəsində Həmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib. Türkiyə Xüsusi Xidmət Orqanları tərəfindən əldə olunmuş telefon danışıqları və müəyyən materiallar Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan Şeyx Həmzətə göndərilib.
Materiallardan müəyyən edilib ki, Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, Lotu Qulinin yaxın adamı ətrafında olan şəxslərlə görüşüb və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığında ona Şeyx Həmzəti aradan götürmək təklif edilib. O isə bununla razılaşıb və yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib. Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər.
Cangüdənlərdən ikisi Şeyx və adamlarının gəldiyini görüblər və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Həmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib.(afn.az)
Загрузка...
Загрузка...

Xəbər lenti