"Lotu Quli" onu təhqir edənləri belə cəzalandırır - QİSAS DOSYESİ - GÖRÜNTÜLƏR

Загрузка...
Bu gün Fransada həyat yoldaşı ilə birlikdə güllələnən Rahim Namazovun bir müddət əvvəl sosial şəbəkələrdə kriminal aləmin azərbaycanlı lideri, "Lotu Quli” ləqəbli Nadir Səlifov haqqında ağır təhqirlər işlətdiyi səs yazıları yayılıb. O, "youtube” yazılan səs yazılarında "Lotu Quli”ni və onun tərəfdarlarını ən ağır ifadələrlə təhqir edir, onları ölümlə hədələyir.
Lent.az xəbər verir ki, özünü "Opasni Roma”, "Rahim Şəkinski” kimi də təqdim edən Rahim Namazovun sui-qəsdə uğramasının ardındakı əsas motivin də onun "Lotu Quli” haqqında işlətdiyi ağır ifadələr olduğu iddia edilir. Bu iddiaların həqiqətə yaxın olduğunu deməyə əsas verən inandırıcı faktlar da mövcuddur. Belə ki, Nadir Səlifov bu günə qədər onu təhqir edən başqa kriminal aləm üzvlərini də müxtəlif yollarla cəzalandırıb, jarqonla ifadə etsək, "sındırıb” və bunu açıq şəkildə edib.
24 illik həbs həyatından sonra hazırda İstanbulda məskən salan Nadir Səlifovun ona qarşı çıxanları və təhqir edənləri amansızlıqla cəzalandırdığı artıq danılmaz fakt kimi ortadadır. 2004-cü ildə kriminal aləmdə "Gəncəli Zayka” kimi tanınan Zaur Əliyev də "Lotu Quli”nin adamları tərəfindən vəhşicəsinə döyülüb. Buna səbəb "Zayka”nın Nadir Səlifov haqqında xoşagəlməz ifadələr işlətməsi olub. "Zayka” həmin vaxt Moskvada "Lotu Quli”nin kurasiyasında olan ticarət obyektlərini basır. Ona buranın "Quli”yə aid olduğunu xatırlatdıqda isə o, "Quli”nin ünvanına kəskin ifadələr işlədir. Hətta bir neçə dəfə məhz belə gərginlikdə "Lotu Quli” ilə telefon əlaqəsi də yaradılıb və "Zayka” Azərbaycanda türmədə olan Qulini telefonda söyməkdən çəkinməyib.
Bir müddət sonra isə Zaur Əliyev polis tərəfindən qanunsuz silah saxladığı üçün həbs edilir. O, Moskava yerləşən "Matrosskaya tişina” istintaq təcridxanasına köçürülür. Bu zaman başda killer "Nazim Xromoy” (Nazim Hümbətov) və kriminal avtoritet Erdak Lənkəranski olmaqla 30-dək adam "Zayka”nın saxlandığı kameraya soxulur. Onlar əlləri qandalda olan "Zayka”nı amansızcasına döyürlər. Bütün bu proses bir neçə mobil telefonla çəkilir. Üstəlik, bu olanlar "skype” vasitəsilə "Lotu Quli”nin uzunmüddətli cəza çəkdiyi Azərbaycan türməsinə - Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsinə translyasiya olunur. "Zayka” dəhşətli işgəncələrdən sonra "sındırılır”. O, video çəkiliş vasitəsi ilə "Lotu Quli”dən üzr istəyir: "Adım Əliyev Zaurdur. Ləqəbim "Zayka"dır. Bütün oğrulardan üzr istəyirəm. Bir səhvdir etmişəm". Beləliklə, Quli onu təhqir edən və "priznavat” etməyən rəqibindən qisasını alır və onu tamamilə sıradan çıxarır. İkinci belə bir qisas əməliyyatı isə yaxın keçmişdə - 2016-cı ildə baş tutur.
"Lotu Quli” azərbaycanlı qanuni oğru Rafiq Eyvazovla (Masallinski) toqquşur. Rafiq Masallinski "Lotu Quli”nin adamları tərəfindən amansızlıqla döyülür və qulağı kəsilir. Həmin vaxtı mətbuatda iki qanuni oğru arasındakı mübahisənin pul üstündə olduğu qeyd edilib. Söhbət 200 min dollardan gedir. Eyvazov daha öncə Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib. Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayır və onu restorana aparır. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək, adam olmayan yerə aparırlar. O, ağır işgəncələrə məruz qalır. Ənənəvi olaraq, "Lotu Quli” bu döyülmə anını və Rafiqin qulağının kəsilməsini canlı izləyir.
Kadrlardan görünür ki, Rafiq "Lotu Quli” ilə "skype” vasitəsi ilə danışır və ona söyüş söymədiyini deyir. Lakin həmin şəxslər Rafiqi xəstəxanalıq edirlər. Rafiq Masallinski isə bunu cavabsız qoymacağını deyir. Bu söhbətdən bir müddət sonra həmin qulaqkəsmədə iştirak edən kriminal avtoritet Tiflisdə Rafiq Masallinskinin adamları tərəfindən qətlə yetirilir. "Quli”nin daha bir qisas əməliyyatı isə elə bu il baş verib. Çeçen avtoritet "Timur Dikiy” kimi tanınan şəxs sosial şəbəkədə "Lotu Quli”ni təhqir edir.
Kriminal aləmdə Şeyx Həmzət kimi tanınan Qastamirovun adamı sayılan "Timur Dikiy”in bir müddət sonra avtomobilinin güllə yağışına tutulduğu və özünün öldürüldüyü ilə bağlı görüntülər yayıldı. Lakin bir müddət sonra həmin görüntülərdə öldürülən şəxsin Timur olmadığı ortaya çıxmışdı. Görünür, bu gün Avropanın paytaxtında – Fransada baş tutan sui-qəsd də məhz bu silsilənin ardıdır. "Lotu Quli” hazırda İstanbuldadır. Ətrafında xeyli tərəfdarı var. Nadir Səlifov təkcə azərbaycanlı kriminallar arasında deyil, MBD-in bir nömrəsi olmağa iddialıdır.





Загрузка...
Загрузка...

Xəbər lenti